Butan (C4H10) — Alkanlar sinfindən üzvi maddə. Kimyada ad n-butanın işarələməsi üçün istifadə olunur. n-butan və onun izomeri olan izobutanın qatışığı CH(CH3)3 da eyni adı daşıyır.
Zəhərlidir və tənəffüs orqanlarına təsir göstərir.
İzomerləri Butanın 2 izomeri var: adı formulu formulun quruluşu ərimə temperaturu, °S qaynama temperaturu, °S n-butan CH3–CH2–CH2–CH3 40px −138,3 −0,5 izobutan CH(CH3)3
−159,6 −11,7
Fiziki xassələri Butan rəngsiz, iysiz yanan qazdır. Asanlıqla sıxılır. Suda həllolma qabiliyyəti 100 ml suda 6,1 mq-dır.
100 °C-yə yaxın temperaturda və 10 atm. təzyiqdə su ilə azotrop birləşmə əmələ gətirə bilir.
Kateqoriya:Alkanlar