Fəxrəddin Musa oğlu Musayev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayramalı şəhərində anadan olmuşdur. 1964–1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

Döyüşlərdə iştirakı Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.

Ailəsi thumb|right|Qusar şəhərində onun adını daşıyan şəhər.

Ailəli idi, bir oğlu yadigar qalıb.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önünə barelyefi vurulub.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 218.

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Kateqoriya:Türkmənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan pilotları