260px|right|thumb|yardım aparan gəmi Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu.
"Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 10 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı.
Tarix "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib.
Hücum Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib.
Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Hücumun nəticəsi İsrail televiziyalarının verdiyi məlumatlara görə, azı 16 nəfər ölüb, 30 nəfər yaralanıb. İsraillilər 1 gəmini sıradan çıxarıblar.
Tutulan sərnişinlər
(380 nəfər) (38 nəfər) (31 nəfər)Israeli commandos gun down 19 peace activists in raid on Gaza ships with 28 Britons on board (30 nəfər) (28 nəfər, deputatlar) (15 nəfər) (12 nəfər) (11 nəfər) (11 nəfər) (11 nəfər) (11 nəfər) (9 nəfər) (9 nəfər)
(7 nəfər) (6 nəfər) (5 nəfər) (4 nəfər) (4 nəfər) (4 nəfər) (4 nəfər) (3 nəfər) (3 nəfər) (3 nəfər) (3 nəfər) (3 nəfər) (3 nəfər)
(3 nəfər) (3 nəfər) (2 nəfər) (2 nəfər) (2 nəfər) (1 nəfər) (1 nəfər) (1 nəfər) (1 nəfər) (1 nəfər) (1 nəfər) (1 nəfər) (1 nəfər)
Tutulan gəmilər Challenger 1 Challenger 2 Mavi Marmara MV Defne Y Eleftheri Mesogeios Sfendoni Gazze MV Rachel Corrie
Öldürülənlərin siyahısı İbrahim Bilgem, 1949-cu il təvəllüdlü Ali Haydar Bengi, 1971-ci il təvəllüdlü Cevdet Kılıçlar, 1972-ci il təvəllüdlü Çetin Topçuoğlu, 1956-ci il təvəllüdlü Necdet Yıldırım, 1978-ci il təvəllüdlü Furkan Doğan, 1991-ci il təvəllüdlü Fahri Yıldız, 1963-ci il təvəllüdlü Cengiz Söngür, 1969-cu il təvəllüdlü
İtkin düşmüş: Aydın Ataç
Reaksiyalar thumbnail|2010-cu il 31 Mayda İsveçin Göteborq şəhərində keçirilən İsrailə qarşı protest ABŞ prezidenti Barak Obama gəmilərdə həyatını itirən türklər üçün üzüldüyünü söyləyib, onların ailələrinə başsağlığını çatdırmışdır.
Türkiyə-İsrail münasibətləri böhranı Gəmi karvanının İsrail tərəfindən təcavüzə məruz qalması Türkiyə-İsrail münasibətlərini son dərəcə gərginləşdirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrailin addımı beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir, ən qısa müddətdə öldürülən insanların cənazələri, yaralılar Türkiyəyə göndərilməli, saxlanılanlar sərbəst buraxılmalıdır.
İsrail hökuməti hadisə ilə əlaqədar reyd zamanı gözlənilməz müqavimət ilə qarşılaşdıları üçün silahdan istifadə etmək məcburiyyətində qaldıqlarını əsas gətirdi. Rəsmi Tel Əviv hadisədən 3 il sonra Türkiyə hökumətindən üzr istəmiş və hücumda həyatını itirən insanlara təzminat verməyi qəbul etmişdi. Bununla belə, İstanbul məhkəməsi qiyabi olaraq İsrail ordusunun 4 sabiq hərbi komandirinin həbsinə qərar verib.
2015-ci ildə Türkiyənin İstanbul şəhərində minlərlə aksiya iştirakçısı İsrailə qarşı şüarlar səsləndirib, hökumətdən sionist rejimdən qısas almasını tələb ediblər. Aksiyaçılardan biri bildirib ki,
Həmçinin bax Qəzzə zolağı
İstinadlar
Mənbə İsrail türk gəmilərini vurdu! – 16 ölü, 30 yaralı
Kateqoriya:İsrail–Türkiyə münasibətləri Kateqoriya:31 maydakı hadisələr Kateqoriya:2010-cu ildəki hadisələr Kateqoriya:Beynəlxalq dəniz insidentləri Kateqoriya:2010-cu ildə Türkiyə Kateqoriya:2010-cu ildə İsrail Kateqoriya:İsrail–Qəzzə münaqişəsi Kateqoriya:İsrailin müharibə cinayətləri Kateqoriya:Qalmaqallar