Natalya Lavrova () — Rusiyanı təmsil edən bədii gimnast. 2000 Sidney və 2004 Afina Olimpiadalarının qalibi. 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast.
Həyatı Natalya Lavrova 1984-cü il avqustun 4-də Penza vilayətinin Penza şəhərində anadan olub. 5 yaşında idmanla məşğul olurdu. Birinci məşqçisi Olqa Stebeneva idi. 1991-2002-ci illərdə Penza şəhərində 75 nömrəli orta ümumtəhsil məjtəbində təhsil alıb. Ali təhsilini isə Penza Dövlət Universitetinin V. Q. Belin adına Pedaqoji İnstitutunda alıb.
Karyerası Natalya Lavrova 1998-ci ildən bədii gimnastlardan ibarət Rusiya yığmasının üzvü idi.
Natalya Lavrova 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin qalibi oldu. 2002-ci ildə Nyu-Orleanda (ABŞ), 2003-cü ildə isə Budapeştdə (Macarıstan) Dünya Çempionatlarının qızıl medalına sahib olan Natalya Lavrova, Avropa Çempionatlarında 2 dəfə — 2001-ci ildə Cenevrədə (İsveçrə), 2003-cü ildə isə Rizada (Almaniya) qalib olub.
Natalya Lavrova Rusiyanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 19 aprel 2001-ci il tarixli Sərəncamına əsasən Natalya Lavrova "Dostluq" ordeni ilə təltif edildi.
Daha sonra Natalya Lavrova Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub. Bununla da o, 2 dəfə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci bədii gimnast olaraq tarixə düşüb.
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 4 noyabr 2005-ci il tarixli Sərəncamına əsasən Natalya Lavrova "Şərəf" ordeni ilə təltif edildi.
Natalya Lavrova 2005-ci ildə idmanla vidalaşdı.
Uğurları thumb|300x300px|alt=|Natalya Lavrova və bacısı Olqa Popovanın Qərb qəbirstanlığının Fəxri xiyabanında məzarı Karyerası ərzində Natalya Lavrova 2 dəfə Olimpiya Oyunlarının, 5 dəfə Dünya Çempionatının, 4 dəfə isə Avropa Çempionatının qalibi olub.
Ölümü Natalya Lavrova və bacısı Olqa Popova 2010-cu ilin aprelində yol-nəqliyyat qəzası nəticəsində öldü.
2010-cu il aprelin 23-də saat 10:00 radələrində Penza-Şımışey yolunun Penza ərazisində "VAZ-2114" avtomobili idarəetməni itirdi və qarşı tərəfdən gələn "Mazda" avtomobili toqquşdu. Hadisə zamanı "VAZ-2114" avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Olqa Popova və sərnişin 1984-cü il təvəllüdlü Natalya Lavrova aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində öldü.
Natalya Lavrova və bacısı Olqa Popova Penza şəhərində Qərb qəbirstanlığının Fəxri xiyabanında dəfn olundu.
İstinadlar
Kateqoriya:Bədii gimnastlar 2000 Yay Olimpiya Oyunlarında Kateqoriya:2000 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:2004 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:Penzada doğulanlar Kateqoriya:Rusiyada yol-nəqliyyat hadisələrində ölənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Rusiyanın bədii gimnastları Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa çempionları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında gimnastlar