Yeni Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.
Tarixi Kənddə Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri məskunlaşmışlar. Burada məcburi köçkün ailələri üçün mənzillər və xidmət mərkəzləri tikilmişdir.Naxçıvanda sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə dair regional təlim keçirildi
Coğrafiyası və iqlimi Kənd Arpaçayın sahilində, düzənlikdə yerləşir.
Əhalisi Əhalisi 400 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Təhsil Kənddə məktəb fəaliyyət göstərir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kəngərli rayonunun kəndləri