Kosacan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.

Toponimikası Kosacan oyk., sadə. Şərur r-nunun Siyaqut i.ə.v.-də kənd. Arpa çayının sahilində, Şərur düzündədir. Bəzi tədqiqatçılara görə, XIII əsrdə Türkiyə ərazisində monqolların dağıtdığı Kusakan şəhərindən gəlmiş ailələrin gətirdiyi addır. Lakin bu oykonimin Azərb. ərazisində də özünəməxsus arealları vardır: Kosakan (Zəngilan), Küsəkan/Küsəkəran (Lerik). Türkiyədə, Sivasın 80 km.- liyində Kosadağ oronimi qeydə alınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Əhalisi 1325 nəfərdir.(2009-cu il)Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Kateqoriya:Şərur rayonunun kəndləri