Ağdaş — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Oykonim "ağ" və "daş" topokomponentlərindəndir. Kəndin ilkin sakinləri XVII əsrdə indiki Ağdaş rayonundan köçüb gəlmədir.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Toponimikası Göytəpə çayının sol sahilində, Lənkəran ovalığındadır. Keçmişdə Üçüncü Dərviş adlanırdı. Bu da onunla bağlıdır ki, kənd XIX əsrin ortalarında ərazidə maldarlıqla məşğul olan dərvişbəyli tayfasının üçüncü qoluna mənsub ailələr tərəfindən məskunlaşmışdır. Oykonim kəndin ərazisindəki Ağdaş adlı qayanın adından götürülmüşdür.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2403 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri