Ərəbşahverdi — Azərbaycan Respublikasının Göyçay rayonunun Mallı Şıxlı kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Göyçay rayonunun Ərəbşahverdi kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Mallı Şıxlı kəndi olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Ərəbşahverdi XIX əsrdə ərəb mənşəli böyük tayfalardan birinin adı idi. 1870-ci ildə 250 ailədən ibarət olan bu tayfa sonralar üç hissəyə parçalanmışdı. İki hissədən ibarət olan ərəbşahverdi tayfasının 70 ailəlik bir hissəsi həmin illərdə Göyçay qəzasına köçərək indiki Ərəbşahverdi kəndinin əsasını qoymuşdu.

Tarixi

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən cənub-qərbdə, Göyçay–Ucar avtomobil yolu kənarında, Şirvan düzündə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 356 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, pambıqçılıq, baramaçılıq və meyvəçilikdir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Göyçay rayonunun kəndləri