Qaracallı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası Əsli Qaracalar olmuşdur. Kəndin adı XVIII əsrdə Naxçıvandan Pənahəli xanın Qarabağa köçürdüyü kəngərlilərin qaracallı tayfasının adı ilə bağlıdır. Sonralar Qarabağda yaşamış qaracallılar müxtəlif rayonlara yayılmış və Qaracallı adlı bir neçə yaşayış məntəqəsi bina etmişlər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qaracallı kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Qaracallı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Əhalisi 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.

Tanınmışları Famil Süleymanov (1941) — Yazıçı.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri