Məlikli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Məlikli kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi məlikli nəsli saldığına görə belə adlandırlmişdir.
1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri