Poladtuğay — Azərbaycan Respublikasının Sabirabad rayonunun Azadkənd kənd inzibati ərazi dairəsində kənd. Kür çayının sahilində, Muğan düzündədir.

Etimologiyası Oykonim polad (poladlı tayfasının ixtisar olunmuş variantı) və tuğay (çaykənarı meşəlik) komponentlərindən düzəlib, "poladlılara məxsus meşəlik" mənasındadır. Meşə salındığı ərazinin adını daşıyır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı2007, səh.162

İstinadlar

Kateqoriya:Sabirabad rayonunun kəndləri