Məzrə (əvvəlki adı: Alagözməzrə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsində kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Alagözməzrə kəndi Məzrə kəndi, Alagözməzrə kənd inzibati ərazi dairəsi Məzrə kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Toponimikası Elmi ədəbiyyatda bu oykonim Alagözmərzə şəklində də izah olunur. Oykonim Alagöz (ərazidəki eyniadlı dağın adı ilə bağlıdır) və məzrə (ər. "əkin yeri", "tarla") sözlərindən düzəlib, "Alagöz dağının ətəyində əkin yeri" deməkdir.
Tarixi
Tarixi abidələri Məzrə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1871Ocaqtəpə yaşayış yeriI-XI əsrlərMəzrə kəndi(suyun altında)ArxeolojiÖlkə1872Quyuludağ yaşayış yeriE.ə. II–I minilliklərMəzrə kəndi(suyun altında)ArxeolojiÖlkə
Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sol sahilində, Zəngəzur silsiləsinin cənub-qərb ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19997803893912009↗937↗489↗448
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə Məzrə kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Məzrə (Babək) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri