Çeşməbasar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası XIX əsrin əvvəllərinə qədər kəndin ərazisi Güznüt kəndinin əkin sahəsi olmuşdur. Çeşməbasar "su basarı yer" deməkdir. Kəndin yuxarısında Çeşmə yerləşdiyi üçün yaz aylarında bu çeşmə daşarmış, sel kəndin əkin sahələrini yuyub apararmış.Kəndin bir məhəlləsi hətta Selbasar adlanırmış. Yerli sakinlər kəndin əsl adının Çeşməsara olduğunu söyləyirlər. Çeşmə (bulaq) və sara (xalis, saf) sözlərindən düzəlmiş bu coğrafi ad isə "saf su" kimi izah olunur və vaxtilə ətraf zonada karbonat bulaqların çox olması ilə əlaqələndirilir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə yaşayış 19 cu əsrin ortalarından etibarən formalaşmışdır, “Hətəm kişi tərəfindən təməli qoyulduğu da əhali tərəfindən iddia edilir”
Coğrafiyası və iqlimi Kənd Arazboyu düzənlikdə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19998704224482009↗973↗465↗508
Tanınmış şəxsləri Fəttah Heydərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini. Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı. Tale Heydərov — "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, Qəbələ futbol klubunun prezidenti. Elbrus Əliyev - “Azərbaycan Respublilasının şəhidi”, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 10 il ərzində Çeşməbasar kənd məktəbi Elbrus Əliyevin adın daşıyıb.
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə Çeşməbasar kənd tam orta məktəbi fəaliyyət göstərir.
[Kənddən 10 a yaxın həkim, 70 ə yaxın müəllim, mühəndis, aqronom və.s bu qəbildən cəmiyyət üçün faydalı ixtisaslı insanlar yetişib.”Kənd haqqında ilk şe’ri Rzayev Əli Hüseyn oğlu yazıb”
Kənddə 1998-ci ildə "Heydər" məscidi inşa edilmiş və yerli əhalinin ibadət yeri üçün istifadəyə verilmişdir
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Çeşməbasar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri