"Om Şanti Om" () — rejissor Fərəh Xanın filmi.

Məzmun Filmdəki hadisələr 30 il əvvəldən başlayır və 70-ci illərin Bombeyi təsvir olunur. Om Prakaş Mahica və onun dostu Pappu sənətə yeni başlayan aktyorlardır. Rejissorlar onlara deyiləcək çox sözü olmayan kiçik və epizodik rollar verirlər. Baş qəhrəman belə hesab edir ki, onun şöhrət qazanmaq üçün möhtəşəm soyadı yoxdur. Məsələn, belə: Om Kapur! Omun anası oğlunu inandırır ki, o, nə vaxtsa böyük bir filmdə baş rol ifa edəcək...

Om Prakaş gənc kino ulduzu Şanti Priyaya aşiqdir. Filmlərdən birinin çəkilişi zamanı yanğın baş verəndə Om Şantini alovun içindən xilas edir və beləcə onlar dost olurlar. Şanti minnətdarlıq əlaməti kimi Omla görüşməyə razılıq verir. Om isə elə güman edir ki, bu görüşlər bir gün tam ciddi münasibətlərə çevriləcək. Lakin sonra Om öyrənir ki, Şanti artıq ərdədir – prodüser Mukeş Mehranın arvadıdır. Onlar uzun müddətdir ki, bu nikahı hamıdan gizlədirlər. Om təsadüfən Mukeşlə Şantinin danışığını eşidir və anlayır ki, Şanti ərindən uşaq gözləyir. Mukeşsə Şantiyə yeni filmə çəkilmək üçün hazırlaşmağını tapşırır. Axşam onlar hər ikisi filmin yeni dekorasiyalarına baxmağa gedirlər. Lakin həmin axşam faciə ilə sona çatır. Mukeş dekorasiyalar olan pavilyonu yandırır və Şantini həmin pavilyonda qoyub qapını bağlayır. Onu xilas etməyə çalışan Om buna müvəffəq olmur və Şanti ölür. Om yaralı vəziyyətdə xəstəxanaya gətirilir. Həmin axşam böyük hind aktyoru Rac Kapurun arvadı da xəstəxanaya gətirilir. Beləliklə, eyni vaxtda həm uşaq dünyaya gəlir, həm də Om Prakaş vəfat edir.

İkinci hissə, hazırkı dövrü göstərir. Artıq 30 il keçib. Rac Kapurun oğlu Om Kapur 30 yaşını qeyd edir. İstedadlı və tanınmış aktyor Om Kapur bütün arzuolunan şeyləri əldə etmişdir. Yeganə qorxusu isə alovdandır. Getdikcə o, qəribə və ona yad olan xatirələri yadına salır. Və o, özündə Om Prakaş Mahicanı hiss etməyə başlayır. Elə bu zaman onun həyatında Mukeş Mehra peyda olur. Om məhəbbəti naminə intiqam almaq qərarına gəlir bə Mukeşi böyük aktrisa Şanti Priya haqqında film çəkməyə inandırır. Şanti roluna aktrisa seçimləri elan edilir. Bu seçimlərə Om öz dostunu və qoca anasını da cəlb edir... Daha sonra əsl Şantinin ruhu Mukeşin ölümünə səbəb olur. Beləcə Om intiqam almağa müvəffəq olur.

Bu filmdə komediya və faciə, melodram və mistika eyni zamanda verilir.

Film haqqında

right|350px|thumb|Şahrux Xan Berlində filmin mətbuat konfransına gələrkən.

Film 2007-ci il Bollivudunun ən uğurlu layihələrindəndir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : Fərəh Xan, Müştaq Şeyx, Mayur Puri Rejissor : Fərəh Xan Operator : V. Manikandan Prodüserlər : Sanciv Çavla, Qauri Xan, Şahrux Xan Bəstəkarlar : Vişal Dadlani, Şexar Ravciani

Rollarda

Aktyor Rol Şahrux Xan Om Prakaş Mahica / Om Kapur Dipika Padukone Şanti Priya / Sandi Şreyyaz Talpeyd Pappu Cavid Şeyx Raceş Kapur Arcun Rampal Mukeş "Mayk" Mehra Şəhvər Əli Şavar Uvika Çaudhari Dolli Kiron Kher Bela Makhica Bindu Kamini Satiş Şah Partho Roy Sanciv Çavla filmin prodüseri Akşay Kumar özü Vişal Dadlani özü Məleykə Arora özü Rişi Kapur özü Subhaş Qhayi özü Karan Cohar özü Amitabh Baççan özü Abhişek Baççan özü Ritik Roşan özü Rani Mukherci özü Priti Zinta özü Zayed Xan özü Ərbaz Xan özü Dino Morea özü Riteş Deşmukt özü Aftab Şivdasani özü Rekha özü Şabanə Əzmi özü Kacol özü Priyanka Çopra özü Şilpa Şetti özü Lara Datta özü Vidya Balan özü Amrita Arora özü Cuhi Çavla özü Saif Əli Xan özü Sancay Datt özü Salman Xan özü Dharmendra özü Citendra özü Tuşar Kapur özü Mithun Çakraborti özü Karişma Kapur özü Tabu özü Urmila Matondkar özü Kanqana Ranaut özü Sunil Şetti özü Qovinda özü Bobbi Deol özü Müştaq Şeyx özü Amişa Patel özü Diya Mirzə özü

Xarici keçidlər

Filmin rəsmi saytı (ing.) indiafm.com (ing.) Musiqili səhnələr, müsahibə, treylerlər indiafm.com saytında (video)

Kateqoriya:Hindistan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:1977-ci il haqqında filmlər Kateqoriya:2007-ci il haqqında filmlər Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Hindistanın dram filmləri Kateqoriya:Hindistanın komediya filmləri Kateqoriya:Paranormal filmlər Kateqoriya:Qətl haqqında filmlər Kateqoriya:Vişal-Şekarın bəstəkarı olduğu filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Romantik filmlər