T-72 — sovet istehsalı olan əsas döyüş tankı.
İstehsalına ilk dəfə 1971-ci ildə başlanmışdır. İkinci dünya müharibəsindən sonra ən çox istehsal olunan 2-ci tankdır, istehsal sayına görə yalnız T-54/55 tanklarından geri qalır. İndiyə qədər 20,000 ədəd bu tankdan istehsal edilmişdir. T-72 tankları ilk dəfə 1973-cü ildə istifadəyə verilib. İlk dəfə olaraq 1977-ci ildə görülmüşdür. T-64 ilə eyni zamanda hazırlanıb. T-64 ilə aralarında aşkar mexaniki və dizayn fərqləri vardır. T-64 ardıcıllığı bu gün T-80 ilə davam edərkən T-72 ardıcıllığı T-90 ilə davam etməkdədir.
Körfəz müharibəsi zamanı İraqın bütün T-72 tankları ABŞ-nin termal kameralı M1 Abrams tankları tərəfindən məhv edilmişdir. Buna görə də sonradan bu tanklar daha da inkişaf etdirilərək, daha müasir T-90 tankları hazırlanmışdır.
thumb|2016-cı ildə keçirilmiş olan Beynəlxalq Tank Oyunları (Biatlon) zamanı Azərbaycan Respublikasını təmsil edən T-72B3 modeli
Hal-hazırda, T-72 tankları 40-dan çox ölkədə öz xidmətini davam etdirir və bir çox müharibələrdə də aktiv şəkildə istifadə olunmuşdur. 1970-ci illərdən başlayaraq SSRİ-nin süqutuna qədərki dövrdə bu tanklar Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrin ordularında ən çox istifadə olunan tank olmuşdur. Lisenziya ilə istehsal olunan modelləri və ixrac üçün nəzərdə tutulan modelləri Polşa və Çexoslovakiya da (müasir Çexiya və Slovakiya dövlətləri onun varisidir) Varşava Müqaviləsi Təşkilatına daxil olan ölkələrin orduları və SSRİ-yə yaxın olan ölkələrin orduları üçün istehsal edilib. Bu lisenziyalı modellər daha keyfiyyətli istehsal olunmalarına baxmayaraq Sovet standartlarına görə daha zəif idi və mürəkkəb (kompozit) zirehə sahib deyildi. Varşava Müqaviləsi Təşkilatı xaricindəki SSRİ-yə yaxın və dost olan ölkələr üçün buraxılmış T-72M modeli Yaxın Şərq və Afrika ölkələrinə ixrac edilmişdi. Bu modellərdən İraq, keçmiş Yuqoslaviya kimi ölkələr bu modelləri inkişaf etdirib seriyalı surətdə özləri istehsal etməyə başlamışdırlar. Bu variantlardan biri olan M-84 tankı (keçmişYuqoslaviya istehsalı) istehsal olunan 1980-ci illərdən başlayaraq dünya miqyasında yüzlərlə ədəd satıldı. İraqlıların parçalarını SSRİ-dən alıb birləşmə işlərini Əl-Taci zavodunda etdikləri Əsəd-əl-Babil tankları hədəfi lazer işığı ilə tapırdı. İraqlılar bu tankı 1980-ci illərdən başlayaraq 1991-ci ilə qədər istehsal etmişlər. Sovetlər birliyinin dağılması ilə bu tankların da seriyalı istehsalına son qoyulsa da hələ də Rusiya bu tankların ixrac məqsədi ilə istehsalını davam etdirir. Rusiya həmçinin ziyan görmüş tankların təmirini də həyata keçirmişdir. Maksimum sürəti 60 km/saat (son modellərdə 75 km/saat) olan bu tankların maksimum yürüş məsafəsi-hərəkət mənzili 460 kilometrdir (son modellərdə tam (full) yanacaq olduqda 620 kilometrə kimi bu məsafə arta bilir).
Bu tanklardan ilk dəfə olaraq döyüş meydanlarında 1982-ci il Livan müharibəsində istifadə edilmişdir. Bu müharibədə, öz dövrünə görə kifayət qədər böyük kalibrə malik olan 125 mm çapındakı toplarının sayəsində İsrail tanklarına qarşı təsirli olmağı bacarmışdır.
Tankın daxili
Digər SSRİ mənşəli tanklarda olduğu kimi, T-72 tankları da enli, qısa və bəstədirlər.
Ayrıca olaraq tankın sursat deposunun (anbarının), tankın tank qülləsinə (taret) və motor qisminə yaxın olması səbəbi ilə tək bir atəş ilə tankı bütün ekipajı ilə bərabər sıradan çıxartmaq mümkündür. Tankın daxili çox balaca olduğundan tankın ekipajı, əsasən 170 sm-ə qədər boya və az çəkiyə sahib olan insanlardan seçilirlər.
thumb|T-72 tanklarının quruluşu
thumb|T-72 tanklarında ekipajın tutduğu mövqe: Sürücü (1) texnikanın önündə yerləşir, tank komandiri (2) və topçu (3), həmçinin avtomatik yükləmə mexanizminə sahib olan digər rus tankları kimi bu tanklarda sursatlar ilə bərabər dönən karterin yuxarısında, tank qülləsində yer alırlar
Mənşəyi thumb|T-72B3 modelinin tank qülləsinin əlavə zirehlər ilə təchiz edilmiş versiyasının yandan görünüşü (2016)
thumb|T-72B3 modelinin tank qülləsinin və arxasının yandan görünüşü (2016)
thumb|T-72B3 modelinin arxa görünüşü (2016)
thumb|Əlavə zirehlər ilə təchiz edilmiş T-72B3 modeli (2016)
T-72 tanklarının yaradılmasına ehtiyac T-62 tanklarının 1967 və 1973-cü illərdə baş verən müharibələrdə zəif nəticələr göstərməsindən sonra meydana gəlib. 1982-ci ildə Livandakı T-72 tanklarının döyüş tarixçəsi hələ də mübahisə mövzusu olaraq qalır. Ümumiyyətlə zamanına görə T-72 tankları çox da zəif hesab edilmirdi, buna görə də mütəxəssislər burada Livan ordusunun zirehli texnikaların tətbiqində nəzərə almadıqları müəyyən məqamların mövcudluğunu önə sürməyə çalışıdılar. Sonradan isə Birinci Körfəz müharibəsi zamanı ABŞ ordusunun M1 "Abrams" tankları və "Bradley" PDM-ləri ilə keçirdiyi əməliyyatlardan birində İraq ordusuna aid 37 ədəd T-72 tankını məhv etməsi qarşılığında yalnız 1 ədəd "Bradley" PDM-ni itirməsi SSRİ tanklarının bir çox zəif nöqtələrini praktiki olaraq sübut etdi. Nəticədə bu günə qədər davam edən çoxsaylı T-72 modernləşdirmələrinə start verildi.
thumb|sol|Object 172 Kubinka Tank Muzeyində
1967-ci ildən etibarən Nijni Tagildə yerləşdirilmiş olan Uralvagonzavod zavodunda köhnə dizaynlı V46 güc mənbəyi ilə (motorun adı belədir: V46) bir “iqtisadi” (yəni iqtisadi cəhətdən sərfəli) tank layihəsi inkişaf etdirilərək yaradılmağa başlanıldı. Baş mühəndis Leonid Kartsev əsas layihə olan “Object 172”yi yaratdı fəqət, prototip “Object 172M” olaraq adlandırılan tank, Valeri Venediktov tərəfindən yaradıldı və tamamlandı. Tankın çöl şəraitində aparılmış testləri 1971-ci ildən 1973-cü ilə qədər davam etdirilmişdir. Çelyabinsk Tank Zavodunun bu tankların istehsalını qəbul etməsindən sonra T-55 və T-62 tanklarının istehsalı dərhal dayandırılmışdır və istehsal xətti yeni T-72 tanklarının istehsalına uyğun hala gətirilmişdir.
thumb|T-72B3 modelinin tank qülləsinin və ön gövdəsinin yandan görünüşü (2016)
Çəkisi
210px|right|thumb|T-72 ATE versiyası Şimali Afrikada
thumb|T-72B3 modelinin yan zirehlər ilə təchiz edilmiş versiyası (2016)
Bu tankın ən xarakterik xüsusiyyətlərindən biri də budur ki, bu tanklar hələ istehsal edildikləri ilk vaxtlardan etibarən öz “Qərbli rəqib”indən çəkilərinin az olması ilə seçilmişdirlər. Bu tanklar hal-hazırda da dünyanın ən yüngül tanklarından biri hesab olunurlar. Bu tankların çəkisinin az olması onlara bir sıra üstünlüklər qazandırmışdır. Bu tankların ən böyük üstünlüklərindən biri də budur ki, bu tankların yüksək ərazilərə dırmanma gücü ağırlığının az olması səbəbiylə çox yüksək səviyyədədir. Bu tankların ən böyük üstünlüklərindən biri də budur ki, bu tankların ağırlığının az olması səbəbiylə körpülərdən keçmə ehtimalı çox yüksəkdir və bu tanklar körpülərin keçilməsi zamanı heç bir problem yaşamırlar. Tankların çəkilərinin çox olması onların körpülərin üzərindən keçməsi zamanı bir sıra problemlərin yaranmasına səbəb olur. Bu tankın ən müsbət cəhətlərindən biri olan, çəkisinin az olması, həm də bu tankın mənfi cəhətidir. Belə ki, bu tankın çəkisinin az olması səbəbiylə, bu tankın zirehi də öz qərbli rəqibləri ilə müqayisədə çox zəifdir.
260px|right|thumb|T-72
Motor
Tank gücünü V tipli və dizel yanacağı ilə işləyən 786 at gücü olan mühərrikdən alır. T-72-nin mühərriyi T-34 tankında istifadə edilmiş mühərriyin təkmilləşdirilmiş formasıdır.
right|240px|thumb|SSRİ istehsalı olan bir T-72A modeli
Əsas silahı
Bu tankın əsas silahı avtomatik olaraq doldurulan 125 mm-lik yivsiz bir tank topudur. Əsas silahı o dövrdə Qərbli tankların istifadə etdiyi NATO standartı 105 mm-lik L7 yivsiz topu ilə müqayisədə çox güclü, uzun və təsirli idi. Ayrıca mərmi çapı NATO standartı 120 mm olan Rheinmetall topundanda böyükdür, amma uzaq mənzilə atəş zamanı təsir gücü Rheinmetall yivsiz topundan daha zəifdir. Əsas silahının çapının daha böyük olması səbəbi ilə bu tank qərbli rəqiblərindən daha üstündür və istənilən bir qərbli rəqibini zərərsizləşdirib məhv edə bilər, amma bu üstünlüyünə baxmayaraq qərbli rəqiblər ilə döyüşlərdə bu tank istənilən nəticəni əldə edə bilməmişdir. 1991-ci ildə baş vermiş olan Körfəz müharibəsində İraq ordusunun əlində olan 300-ə qədər T-72 tankının məhv edilməsi bu tankın üzərində mütəxəssislərin ciddi surətdə işləməsinə və bu da öz növbəsində bu tankın yeni modelinin (T-90) tanklarının yaranmasına gətirib çıxarmışdır. Tankın əsas silahının maksimum təsir məsafəsi 9100 metrdir. Maksimum nişan alma mənzili 4000 metrdir. TPD-2-49 optik nişangahın vasitəsilə tank 1000 metr ilə 4000 metr arasında olan hədəfləri nişan ala bilir. Bu tankdan digər müasir tanklar kimi HEAT, Sabot, Anti-personal mərmilərindən də istifadə etməyi bacarır.
Modelləri 256px|right|thumb|SSRİ istehsalı olan T-72B tankları 1983-cü ildə Leninin başçılığı altında baş vermiş olan bolşevik inqilabı münasibətilə təşkil edilmiş olan paraddan keçiş zamanı
thumb|Qarabağ müharibəsi zamanı yəhudi əsilli olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Qaqik Avşaryan adlı erməni tank komandirinin idarə etdiyi və Şuşaya ilk daxil olmağa cəhd edərkən vurduğu tank. Bu tankı müharibədən sonra ermənilər bərpa etmişlər və üzü Şuşa istiqamətində təpənin üzərində yerləşdirmişdirlər İkinci tank nəslinə aid T-72 adından da göründüyü kimi, sovet tankları ailəsinə məxsus ən birinci, yəni ən sadə və primitiv modeldir. T-72 döyüş vasitəsi sonradan modernləşmələrə məruz qalaraq, T-72A, T-72AB, T-72AK, T-72M, T-72M1, T-72M1M, T-72AV, T-72B, T-72BK, T-72S, T-72S1, T-72BM, T-72B3, T-72B3M və T-72B4 modellərinə qədər inkişaf etdirilib. Xüsusiyyətlərinə görə, T-72B tankları digərlərinə nisbətən daha yüksək nəticələr nümayiş etdirməyə nail olub. T-72A tankları əvvəlki T-72 tankının ilk modernləşməsi hesab edilir və baza modelindən əsas fərqləri aşağıdakılardan ibarətdir:
TPDK-1 lazerli məsafə ölçən; L-4 işıqlandırıcısı ilə birlikdə TNP-3-49 tuşlayıcının gecə nişangahı, Yan tərəfin tamamilə kumulyativ mərmi əleyhinə ekranları; 2A26M2 topu əvəzinə 2A46; 902B tüstü qumbaralarının atəş sistemi; Sürücünün TVNE-4B gecə görmə cihazı; Çarxların artan dinamikası; B-46-6 mühərriki.
1991-ci ildə “Uralvagonzavod” zavodu T-72 tankının “B” seriyası səviyyəsində inkişafını həyata keçirməyə başlayır. SSRİ-nin dağılması ilə ölkədə tank istehsalı dayanır, digər T-72B istehsalçısı olan Çelyabinsk Tank Zavodu isə bundan sonra ümumiyyətlə heç vaxt zirehli vasitə istehsal etmir. “Uralvagonzavod” isə 1998-ci ilə qədər yalnız tankların təmiri ilə məşğul olmuşdur.
Zavod rəhbərliyinin dəyişikliyindən sonra bir neçə tank modernləşdirildi. İlk modernləşmə Rusiya Müdafiə Nazirliyinin büdcəsinə uyğun gəlmədi. Nəticədə 1999-cu ildə zavod təmir edilərək modernləşdirilən tankı T-72BA modeli adı altında dövlət sınaqlarına təqdim etdi. Uğurlu sınaqlardan sonra tank T-72BA adı altında silahlanmaya qəbul edildi. Sonralar T-72B tankı "C" seriyası adı ilə digər ölkələrə ixrac edildi.
2000-ci ilə qədər təkmilləşdirilən tanklar aşağıdakı avadanlıqlarla təchiz edilirdi:
"Kontakt" dinamik mühafizə dəsti və əlavə olaraq "Kontakt-5"dən bəzi detallar; 1A40-1 atəşi idarəetmə sistemi (AİS); 2E42-4 sabitləşdiricisi; V-84MS mühərriki.
2002-ci ilədək həyata keçirilən tankların modernləşdirilməsində aşağıdakı avadanlıqlarla təchizat həyata keçirildi:
1A40-1M AİS; "Kontact-5" dinamik mühafizə dəsti.
2003-cü ildən etibarən modernləşdirmə tankları aşağıdakı avadanlıq və yeniliklərlə təmin etdi:
Mühərrik-transmissiya avadanlığı birləşdirildi; V-92S2 mühərriki tətbiq edildi; Transmisiya yeniləndi; Alüminium radiator tətbiq edildi; Hava təmizləyici sistem yeniləndi; İR maskalanma tətbiq edildi; Çarxlar (katoklar) təkmilləşdirildi; SU 3ET13-1 ilə yanğın əleyhinə avadanlıq tətbiq edildi; "Abzas"rabitə kompleksi ilə təchiz edildi.