Yeni yol — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati ərazi vahidi tərkinbindəki yaşayış məntəqəsi Yeni yol kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Yeni yol kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Bu adda Ağdam və Babək rayonlarında da kənd qeydə alınmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Yeni Yol kəndi Azərbaycanın Goranboy rayonunda, Kiçik Qafqazın şimal-şərq ətəklərinə yaxın olan Goranboy düzənlik sahəsində yerləşir. Xəritə məlumatlarında kəndin koordinatları təxminən 40°30′ şimal enliyi, 46°52′ şərq uzunluğu, hündürlüyü isə 155 metr göstərilir.Kənd Gəncə-Qazax düzənliyində yerləşir.Kəndin ətrafında Xan Qərvənd, Təklə kimi yaşayış məntəqələri yerləşir. Yeni Yolun qərb istiqamətində Naftalan da yaxın ərazilərdən biridir.Relyef baxımından ərazi əsasən düzənlik və zəif maili sahələrdən,şərq və cənub-şərq istiqamətində tədricən yüksək ərazilərdən,uzaq və yaxın cənub istiqamətində isə Kiçik Qafqaz dağlıq sisteminə keçən landşaftdan ibarətdir.Bu mövqeyə görə Yeni Yol həm düzənlik təsərrüfatı, həm də dağlara yaxınlığın yaratdığı təbii mənzərə xüsusiyyətlərini birləşdirir.
Əhalisi 2020-ci ilin siyahıyaalınmasına əsasən və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 yanvar tarixli sərəncamına əlavə olaraq, kənddə 1201 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. əh.629
İstinadlar
Həmçinin bax
Kateqoriya:Goranboy rayonunun kəndləri