The Economist (İqtisadçı) — həftəlik siyasi-iqtisadi jurnal. 1843-cü ildən Britaniyada nəşr olunur. Dünyada ən çox oxunan həftəlik ingilisdilli dərgilərdən biridir.
1843-cü ilin sentyabrından Böyük Britaniyada nəşr olunur. 2012-ci ildə tirajı 1.600.000 nüsxəni ötdü, bunun yarısından çoxu Şimali Amerikada satıldı. Qlobal yönümlü olduğuna görə The Economist yalnız İngilis nəşri hesab edilmir.
Jurnalın əsas mövzuları siyasi hadisələr, beynəlxalq əlaqələr, maliyyə, iqtisadiyyat və biznes xəbərləri, eləcə də elm və mədəniyyətdir. Jurnalın redaktorları klassik liberalizmin mövqelərinə sadiqdirlər.
1928-ci ildən bəri şirkətin səhmlərinin yarısı "Financial Times" qəzetinə məxsusdur, digər yarısı isə müstəqil investorların əlindədir, onların çoxu şirkət işçiləri və jurnalın müxbirləridir.
Mənbə
Kateqoriya:Birləşmiş Krallıq jurnalları Kateqoriya:İngilis dilində jurnallar Kateqoriya:1843-cü ildə yarananlar Kateqoriya:İqtisadi liberalizm Kateqoriya:Siyasi jurnallar Kateqoriya:Rotşildlər