Horovlu — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Horovlu kənd inzibati ərazi dairəsində kənd, Horovlu kənd inzibati ərazi dairəsinin mərkəzi.

Etimalogiyası "Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə görə, kəndin adı İran Azərbaycanın Horov kəndindən gəlir. XIX əsrdə həmin kənddən köç edən insanlar burada məskunlaşaraq kəndi qurmuşlar.

Coğrafiyası Azərbaycanın Cəbrayıl rayonunda eyniadlı kənd inzibati-ərazi dairəsinə daxil olub, düzənlikdə, Cəbrayıl şəhərindən 8 km şərqdə yerləşir.

Tarixi

Rusiya imperiyası dövründə

1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Horovlu ( — Qarovlu) kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının II sahəsinin Horovlu ( — Qarovlinskoye) kənd cəmiyyətinin tərkibində qeyd olunurdu.

Sovet dövründə 1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasında Horovlu ( — Qorovlı) yaşayış məntəqəsi Qaryagin qəzasının Daşkəsən cəmiyyətinin tərkibində qeyd olunurdu.

1933-cü il üçün olan vəziyyətə görə, Horovlu məskun yeri, Çapand və Papı məskun yerləri ilə birlikdə ASŞC-nin Cəbrayıl rayonunun Horovlu kənd şurasının tərkibində idi.

1961-ci il üçün, Horovlu kəndi Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Horovlu kənd Sovetinin mərkəzi idi.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Cəbrayıl rayolu ləğv olunmuş, ərazisi isə Füzuli rayonunun tərkibinə verilmişdi. 1 oktyabr 1963-cü il üçün Horovlu kəndi Azərbaycan SSR-nin Füzuli rayonunun Horovlu kənd Sovetinin mərkəzi idi.

17 iyun 1964-cü ildə Cəbrayıl rayonu yenidən təşkil olunmuşdu.

Həm 1968-ci ilü üçün, həm 1977-ci il üçün, Horovlu kəndi Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetinin mərkəzi idi.

Sovet dövründə kəndin əhalisi üzümçülüklə, taxılçılıqla, baramaçılıqla və heyvandarlıqla məşğul idi. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var idi.

Qarabağ münaqişəsi Kənd Birinci Qarabağ müharibəsində Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və məhv edilmişdir.

BBC xəbər verir ki, peyk görüntülərinə əsasən, Azərbaycanın cənubda azad etdiyini bildirdiyi bütün kəndlər xarabalıq vəziyyətindədir və 1990-cı illərin əvvəllərində ermənilərin hücumlarından qaçan Azərbaycan əhalisi onları tamamilə və ya demək olar ki, tamamilə tərk etmişdir.

4 oktyabr 2020-ci il axşamı, dövlət televiziyası AzTV-də canlı yayımda, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun doqquz kəndini: Kərxulu, Şükürbəyli, Çarakan, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəcəl kəndlərini azad etdiyini bəyan etmişdir.

Kəndin bərpası 4 may 2023-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kəndə səfər edərək, kəndin təməlqoyma mərasimində iştirak etmişdir.

Baş plana əsasən, köhnə Horovlunun əra­zisini əhatə edən yeni məntəqə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilmişdi.

28 oktyabr 2025-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə kəndin birinci mərhələsinin açılışı baş tutmuşdu.

Əhalisi 1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının II sahəsinin Horovlu ( — Qarovlinskoye) kənd cəmiyyətinin Horovlu ( — Qarovlu) kəndində 184 tüstü var idi, və 894 nəfər azərbaycanlılardan ibarət (mənbədə "tatar" kimi göstərilir) əhali yaşayırdı — kəndin əhalisi kəndlilərdən ibarət idi.

1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasında Qaryagin qəzasının Daşkəsən cəmiyyətinin Horovlu ( — Qorovlı) yaşayış məntəqəsində 995 nəfər sakin yaşayırdı, 256 təsərrüfat var idi, əhalinin əksəriyyəi azərbaycanlılar idi (mənbədə Azərbaycan türkləri kimi qeyd olunur).

A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az.XTUİ) tərəfindən 1933-cü ildə hazırlanmış "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il üçün vəziyyətə görə, Cəbrayıl rayonunun Horovlu kənd şurasının Horovlu məskun yerində 187 təsərrüfat və 934 sakin var idi. Kənd şurasının əhalisinin 99,8%-i türklərdən (azərbaycanlılardan) ibarət idi.

1986-cı ildə kənddə 1 410 nəfər yaşayırdı.

5 dekabr 2025-ci il tarixinə kənddə ümumən 607 nəfərin (150 ailənin) yerləşməsi təmin edilmişdi.

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri