Həmzət bəy Həbibulla bəy Qəbulov-Şirvanski () — Azərbaycan publisist.
Həyatı Stavropol gimnaziyasında, sonra Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda işlədikdən sonra 1908-dən bu şəhərdəki "Zakavkazye" qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Məhz onun təəssübkeşliyi sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. Təkcə bunu desək yetər ki, M. F. Axundovun rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əliylə bu qəzetdə dərc edilib. Həmzət bəyin "Zakavkazye"dəki çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə həsr edilib. Nə yazıqlar ki, bu böyük şəxsiyyət Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənckən vəfat edib.
Həmçinin bax İslam bəy Qəbulzadə Baba bəy Qəbulzadə
İstinadlar
Kateqoriya:Qəbulzadələr Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər