Kərki yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə

Kərki yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parçalarından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar Orta Tunc dövrünə aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən ibarətdir.

Mənbə

Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007

Kateqoriya:Sədərək rayonunun qədim yaşayış yerləri