Kiş (əvvəlki adı: Qişi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kiş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qişi kəndi Kiş kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiş kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.

Toponimikası Qiş (Qişi) variantında da qeydə alınmışdır. 1992-ci ildən kəndin adı Kis kimi rəsmiləşdirilmişdir.

Tarixi Bu ərazidə "ASALA" erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgəsi təşkil edilmişdi.Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 268-269. Həmçinin bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il.

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Kiş (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri