Qarqar (əvvəlki adı: Herher) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Herher kəndi Qarqar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarqar kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Toponimikası X əsrdə Gargar formasında qeydə alınmışdır. Gargar isə qədim Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adını əks etdirir. Sonralar burada yaşamış ermənilər kəndi Herher kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Qarqar adlanır.
Tarixi
Tarixi abidələri Qarqar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4324Məbəd 1664-cü ilQarqar kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Qarqar (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri