Şibam — Yəməndə şəhər. Dünyanın ən darısqal şəhəri.

Yəmənin Şibam yaşayış məntəqəsi dünyanın ən darısqal şəhəridir.

Şibam vaxtilə Xardaraut çarlığının paytaxtı olub. Bu şəhər müqayisəyəgəlməz memarlıq üslubu ilə fərqlənir. Şibamın memarlığı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Şəhərdə gil kərpiclərdən inşa edilmiş evlərin təxminən 500-ü çoxmərtəbəlidir.

Şibamdakı binalar incəliklə inşa edilib, bununla bərabər, bir-birinə çox yaxındır. Küçələr qaranlıq və son dərəcə dardır.

Mənbə

Dünyanın ən dar şəhəri

Kateqoriya:Yəmən şəhərləri Kateqoriya:Ərəb memarlığı Kateqoriya:XVI əsrdə yaranan yaşayış məntəqələri