Mehriban Arif qızı Əliyeva () — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri, UNESCO-nun xoşməramlı səfiri (2004–2022), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri.
Həyatı Mehriban Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Azərbaycanın görkəmli alimi, pedaqoq, Milli Elmlər Akademiyasının akademiki, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevdir.
Anası Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, professor, filologiya elmləri doktoru, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk Elmlər doktoru, ilk professor qadındır.Aida İmanquliyeva kimdir? , timeturk.com, 07 Kasım 2010, Yoxlanılıb: 1. oktyabr 2014 Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir.
Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Bacısı — professor, filologiya elmləri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz Paşayevadır.
Təhsili Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Sonra təhsilini İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda davam etdirmiş, 1988-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:
1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.Алиева, Мехрибан Ариф гызы
2005-ci ildə Mehriban Əliyeva "Evtanaziya və tibbdə humanizm problemi" mövzusunda namizədlik dissertasiya işini müdafiə edib və Fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
Ailəsi Mehriban Əliyeva 1983-cü ildə Azərbaycanın gələcək Prezidenti İlham Əliyevlə ailə həyatı qurub. Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin və Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın gəlinidir.
Leyla, Arzu və Heydər adlı üç övladı var.
Fəaliyyəti
Mehriban Əliyeva aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə çap olunan (Azərbaycan, İngilis və Rus) "Azərbaycan-İrs" jurnalını təsis edib.
Sosial fəaliyyətləri Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Qısa müddətdə federasiyanı Avropanın ən nüfuzlu idman təşkilatlarından birinə çevirmişdir. Federasiyanın fəaliyyəti nəticəsində Azərbaycan bədii gimnastika üzrə beynəlxalq turnirlərə ev sahibliyi etməyə başlamışdır. 2004-cü ildən Heydər Əliyev Fondunun prezidentidir.
2015-ci ildə Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi üzrə Milli Komitənin sədri təyin edildi və Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsinin qərarı ilə həmin təşkilatın ən yüksək mükafatı olan Ali Ordeni ilə təltif edilmişdir.Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin Ali Ordeni təqdim edilib , mehriban-aliyeva.org, 21. yanvar 2016, İstifadə tarixi:23 yanvar 2016
Mədəniyyət sahəsində
Mehriban xanım 2004-cü ildən Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilib və folklor və musiqi ənənələrinə verdiyi dəstəyə görə UNESCO-nun Xoşməramlı səfiri təyin edilib.ПЕРВАЯ ЛЕДИ АЗЕРБАЙДЖАНА БУДЕТ НАЗНАЧЕНА ПОСЛОМ ДОБРОЙ ВОЛИ ЮНЕСКОMehriban Aliyeva’s activities are considered as an example for Goodwill Ambassadors in UNESCO
Müxtəlif sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, təhsilə verdiyi dəstəyə, İslam dünyasında həyata keçirilən layihələrə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə Mehriban Əliyeva 2006-cı ilin noyabrında ICESCO-nun xoşməramlı səfiri fəxri adına layiq görülüb.Официальный сайт президента Азербайджанской Республики - ПРЕЗИДЕНТ » Первая Леди.
2009-cu ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır.Алиева, Мехрибан Ариф гызы Həmçinin o, Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq festivalının yaradılmasının təşəbbüskarı və prezidenti olmuşdur.
2011-ci ilin mayında Mehriban xanım 2012-ci ildə Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin yüksək səviyyədə hazırlanmasına təşkilatçılıq etmişdir. O, 2015-ci ilin aprelindəПрезидент Азербайджана утвердил Комиссию по Премии имени Гейдара Алиева və 2019-cu ilin mayındaОпределен состав комиссии Премии Гейдара Алиева "Heydər Əliyev" mükafatı komitəsinin üzvlərindən biri olub.
Siyasi karyerası Mehriban Əliyeva 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən Partiyanın sədr müavini, 2021-ci ildən isə Partiya sədrinin birinci müavinidir.Mehriban Arif qızı Əliyeva
2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir."Parlament–2010" Seçki Monitorinqi Koalisiyası noyabrın 7-də elektron səsvermənin nəticələrini açıqlamışdır , AzərTac, 7. noyabr 2010, Yoxlanıb: 3. oktyabr 2014ЦИК Азербайджана обнародовала результаты выборов
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilib.
27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilib.
Vitse-prezident vəzifəsində
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.M. A. Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az, 21. fevral 2017 Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir.
Xeyriyyə fəaliyyətləri Pakistan Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondu təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə, o cümlədən Pakistanda ehtiyacı olan icmaların rifahına və inkişafına mühüm töhfələr verib. Fond genişspektrli layihələr və xeyriyyə proqramları vasitəsilə Pakistanda səhiyyə, təhsil və sosial xidmətlərin təkmilləşdirilməsində mühüm rol oynayıb.
Heydər Əliyev Fondunun Pakistandakı əhəmiyyətli təşəbbüslərindən biri, əhalinin sağlamlığını yaxşılaşdırmaq və yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə Hayber-Paxtunxva və Pəncab əyalətlərində həyata keçirilən hepatit B virusuna qarşı peyvənd kampaniyasıdır. Bundan əlavə, fond, xüsusi ehtiyacı olan və məhdud fiziki imkanlı şəxslərə dəstək öhdəliyini nümayiş etdirərək, Pişəvərdəki "Əkbər Baxım" serebral iflic İnstitutunda pulsuz müayinələr təşkil edib.
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondu Pakistanda Təcili tibbi yardım xidmətlərinin və qanköçürmə imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif işlər görüb, İslamabaddakı Talassemiya mərkəzinə, Əl-Fərabi adına fiziki qüsurlu uşaqlar üçün Xüsusi Təhsil mərkəzinə dəstək olub, 2007-ci ildə Pakistanın Müzəffərabad şəhərində Qızlar üçün Rara Liseyinin tikintisini gerçəkləşdirib.HEYDƏR ƏLİYEV FONDUNUN DƏSTƏYİ İLƏ PAKİSTANDA TİKİLƏN QIZLAR MƏKTƏBİNİN AÇILIŞ MƏRASİMİ YERLİ MƏTBUATIN DİQQƏT MƏRKƏZİNDƏ OLMUŞDURPakistanın Müzəffərabad şəhərinin Rara ərazisində Heydər Əliyev Fondunun inşa etdirdiyi qızlar üçün orta məktəb binası istifadəyə verilib Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu səhiyyə və təhsillə yanaşı, Pakistanda infrastrukturun inkişafına da mühüm töhfələr verib. Dərə İsmayıl Xan bölgəsində Heydər Əliyev adına Su Təchizatı Sisteminin tikintisi yerli icmaların təmiz suya və etibarlı elektrik enerjisinə çıxışını yaxşılaşdırıb, bununla da insanların həyat keyfiyyətini artırıb. Həssas əhaliyə dəstək vermək və sosial inklüzivliyi təşviq etmək öhdəliyinə uyğun olaraq müxtəlif sosial rifah institutları, o cümlədən əlillər üçün uşaq evləri və mərkəzlərində müxtəlif layihələr reallaşdırıb.
280px|thumbnail|right|Mehriban Əliyeva Rusiya prezidenti Dmitri Medvedyev və birinci xanımı Lyudmila Medvedyeva ilə görüşdə (3 sentyabr 2010).
Titulları, təltifləri və mükafatları
UNESCO-nun xoşməramlı səfiri (13 avqust 2004-cü il);Mehriban Aliyeva designated UNESCO Goodwill Ambassador for Oral and Musical Traditions , UNESCO Azərbaycanda İlin qadını mükafatı (18 iyul 2005); BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı (mart 2006);HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTI, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVA ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATININ QIZIL MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR , AzərTac, 3. mart 2006, Yoxlanılıb:13.10.2014 ISESCO-nun xoşməramlı səfiri (23 noyabr 2006);Mehriban Əliyeva — bioqrafiya , mehriban-aliyeva.az, 9 fevral 2022 Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin mükafatı (29 yanvar 2007);Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının mükafatına layiq görülüb , TREND, 30 yanvar 2007, Yoxlanılıb: 13. oktyabr 2014 Qızıl ürək Beynəlxalq mükafatı (may 2007);AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVAYA "QIZIL ÜRƏK" BEYNƏLXALQ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR , AzərTac, 28. may 2007, Yoxlanılıb:13.10.2014 Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (5 may 2009);M. A. ƏLİYEVANIN HEYDƏR ƏLİYEV MÜKAFATI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI , AzərTac, 12. may 2009, Yoxlanılıb:13.10.2014 Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni (14 sentyabr 2009);HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ POLŞANIN "XİDMƏTLƏRƏ GÖRƏ" BÖYÜK KOMANDOR XAÇI ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR , AzərTac, 14. sentyabr 2009, Yoxlanılıb:13.10.2014 Fransa Respublikasının "Şərəf Legionu" ordeni (15 fevral 2010);AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA FRANSA PREZİDENTİNİN SƏRƏNCAMI İLƏ "ŞƏRƏF LEGİONU" ORDENİ İLƏ TƏLTİF EDİLMİŞDİR , AzərTac, 15. fevral 2010, Yoxlanılıb:13.10.2014 UNESCO-nun Qızıl Motsart medalı (30 iyul 2010);Irina Bokova inaugurates the 2nd Gabala International Music Festival in Azerbaijan , UNESCO Türk dünyasına xidmət mükafatı (31 dekabr 2010);Azərbaycanın birinci xanımı “Türk dünyasına xidmət” mükafatına layiq görülüb Krans Montana Forumunun qızıl medalı (24 iyun 2011);THE CRANS MONTANA FORUM'S GOLD MEDAL , The Crans Montana Forum Azərbaycan Kazaklar İttifaqının ali "Kazak şöhrəti" (Kazatskaya slava) mükafatı (2012);Mehriban Əliyeva Beynəlxalq Kazak Akademiyasının ali mükafatına layiq görülüb , heydar-aliyev-foundation.org, 16 noyabr 2012. Yoxlanılıb: 13. oktyabr 2014Президент Азербайджана Ильхам Алиев и Первая леди Мехрибан Алиева удостоены высших ордена и награды казачества , day.az, 16 ноября 2012, Yoxlanılıb: 13. oktyabr 2014 Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı — 2013" mükafatı (27 dekabr 2013);Первая леди Азербайджана удостоена награды "Премия женского совершенства шехида Беназир Бхутто-2013" , 1news.az, 28. dekabr 2013, Yoxlanılıb: 13. oktyabr 2014 Türk-Alman Dostluq Federasiyasının "Kübele" fəxri mükafatı (2014-cü ilin may ayı);Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının "Kübele" fəxri mükafatı ilə təltif olunub , APA, 13 may 2014, Yoxlanılıb: 13. oktyabr 2014 "The Business Year" jurnalının "İlin Birinci Xanımı" mükafatı (may 2014);Mehriban Əliyeva dünyada "İlin Birinci Xanımı" oldu , qafqazinfo.az, 14.05.14, Yoxlanılıb: 13. oktyabr 2014