Çaparlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 773 nəfərdir (2009).

Tarixi Ləngəbiz silsiləsinin ətəyindədir. Keçmiş adı Gorus Çaparlı olmuşdur. 1813-cü ildə rus ordusu Azərbaycanı işğal edəndə Tovuz, Şəmkir və Qovlar qədim yaşayış sahələrindən qovulmuş Qaraduzlu və Çaparlı tayfaları, eləcə də Gorusdan Körus tayfalarının bir hissəsi Türkiyənin Qars vilayətinə, az bir hissəsi - 300 ailə isə Şirvan zonasına üz tutublar. Bununla da həmin ailələr Ağsu rayonunun ərazisində məskunlaşaraq, Çaparlı kəndini yaradıblar.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağsu rayonunun kəndləri