Keyqubad məscidi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, Şirvanşahların saray binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən məscid. Məscid sifarişçisi olan Şirvanşah I Keyqubadın (1317–1348) adı ilə adlandırılmışdır.
Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur. Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir.
Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi.
Tarixi 270px|thumb|left|Keyqubad məscidinin qalıqları Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur.
Kamil Fərhadoğlu isə "İçərişəhər" adlı kitabında yazır ki, "Keyqubad məscidi Dərviş türbəsi yanında ona bitişik bir məscid-mədrəsə binası olmuşdur."
Məscid Seyid Yəhya Bakuvi tərəfindən mədrəsə kimi də istifadə edilmişdir. Məsciddə Bakuvinin tədris və ibadət etməsi barədə A. Bakıxanov yazır: "Onun ibadət etdiyi yücrə, işlədiyi məktəb və qəbri orada – məsciddədir." Tədqiqatçı S. Aşurbəylinin yazdığına görə, Keyqubad Şeyx ibrahimin babası və yaxud atasının babası idi. Şirvanşah Keyqubad 1317–1343-cü illərdə hakimiyyətdə olmuşdur.
Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir.
Memarlıq xüsusiyyətləri Məscidin cənub hissəsində türbə yerləşir. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi.
Sütunlarla zalın künclərini formalaşdıran üstləri tağtavanlarla örtülmüş kiçik qapalı məkanlara çevrilmişdi və interyer xaçşəkilli-günbəz həllini əldə etmişdi. Özünəməxsus orderin memarlıq təfsiri sayəsində sütunlar da həmçinin fərdi səciyyə əldə etdilər, Seyid Yəhya Bakuvi türbəsi ilə ayrılmaz surətdə bağlı olan məscidin həcmli-məkan kompozisiyası, həndəsi cizgilərin mükəmməlliyi və memarlıq elementlərinin təmkinliyi vasitəsilə xüsusi olaraq nəzərə çarpdırılaraq formaların xüsusi plastikasını əldə edir.
Türbə və Keyqubad məscidi ilə birlikdə orta həyət, özünün yerləşməsi səbəbindən bütün Şirvanşahlar saray kompleksində neytral mövqe tutur və sanki insanı aşağı həyətin tikililəri olan Şirvanşahlar türbəsi, Şah məscidi və Saray hamamı ilə görüşə hazırlayır. +center|205pxcenter|230pxcenter|230pxMəscidin təməl planıMəscidin kəsimiMəscidin yan görünüşü
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı Şirvan-Abşeron memarlıq məktəbi Baba Kuhi Bakuvi məscidi
Kateqoriya:Şirvanşahlar sarayı Kateqoriya:Bakı məscidləri Kateqoriya:İçərişəhər Kateqoriya:Şirvanşahlar dövləti Kateqoriya:Azərbaycandakı ümumdünya irsi Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:Azərbaycandakı sünni məscidləri Kateqoriya:Bakının görməli yerləri