Vəlibəyli — Azərbaycan Respublikasının Laçın rayonunun Daşlı kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası Kəndin adı "Vəlibəyin nəslindən olanlar, valibəylilər" mənasındadır.
Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Vəlibəyli kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Vəlibəyli Laçın rayonunun tərkibinə daxil edilmişdir.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Coğrafiyası Vəlibəyli kəndi Şəlvəçay (Həkəri çayının qolu) sahilində, Çalbayır silsiləsinin ətəyindədir.
Əhalisi Kəndin əhalisi türksoylu millət olan azərbaycanlılardan ibarətdir Ənvər Çingizoğlu, Hacısamlı camaatı, "Soy" dərgisi, Bakı, 2009.
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri