() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının () 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının () 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Əhəmiyyəti Azərbaycanda şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85%-dir, qalan 15–20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir. Azərbaycanın bütün bölgələri üzrə 386 min hektar sahədə yonca bitkisi becərilir.
Kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılan yonca aqrotexnika qaydaları əsasında becərildikdə yüksək keyfiyyətli bol yaşıl kütlə və quru ot məhsulu alınır, heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında yem bazası möhkəmlənir, torpağın münbitlik səviyyəsi daha da yaxşılaşır. Yoncanın yaşıl kütləsi, senajı, quru otu və ot unu mal-qara və quşlar tərəfindən ləzzətlə yeyilir. Yoncanın yaşıl kütləsi heyvanların və quşların orqanizmləri üçün amin turşuları ilə normallaşdırılmış proteinlə, müxtəlif mikro və makroelementlərlə, vitaminlərlə, mineral duzlarla zəngindir. Yoncanın 1 kq yaşıl kütləsində 0,20–0,30 qr, quru otunda 0,60–0,70 qr, yem vahidi 130–180 qr, həzm olunan protein 9,0–16 qr, kalsium 1,5–2,5 qr, fosfor 15–30 mq karotin vardır. Müasir texnologiya ilə hazırlanmış 1 kq ot ununun tərkibində 150–200 qr protein və 200–300 mq karotin vardır.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax Yonca kök yumrusu uzunburunu Yonca yoğunayağı Yonca çiçək ağcaqanadı
Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Yem bitkiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri