Arğalı türbəsi — Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən XIII əsrə aid türbə.
Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Arğalı türbəsi XIII əsrdə Füzuli rayonunun Əhmədalılar kəndinin yaxınlığında tikilib.БАБЫ — с. Физулинского р-на. Сохранился 8-гранный (шир. грани 3 м) мавзолей (1272), покрытый 8-гранным сферич. куполом из тонких плит камня. Материал — прекрасно тёсанный камень (известняк). Неподалёку в с. Ахмедаллар расположен идентичный мавзолей (конец 13 в.) Türbənin yerləşdiyi yerdə vaxtilə Arğalı adlı kənd olduğu üçün belə adlanıb. Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması araşdırılmayıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Memarlığı Arğalı türbəsi düzən ərazidə inşa edilib. Memarlıq və konstruksiya baxımından planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq Arğalı türbəsini günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub.Восьмигранный объем мавзолея также покрыт сомкнутым сводом. Внутреннее пространство расчленено на подземный склеп и просторную верхнюю камеру. Однако в ахмедалларском мавзолее два портала, декорированных резным геометрическим орнаментом. В верхней камере нет сеней. Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib. Arğalı türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Məhz buna görə də türbə öz adını yerləşdiyi kəndə görə alıb. Türbənin memarlıq və konstruksiya həllini əsas götürən bəzi tədqiqatçılar onun tikilmə tarixini XIII əsrə aid edirlər.
Həmçinin bax Arğalı Əhmədalılar Füzuli rayonu
Xarici keçidlər Məhv olmaq üzrə olan Arğalı türbəsi / JAMnews Azərbaycan "Bir abidə — bir könüllü" — Füzuli rayonunda yerləşən türbələr
İstinadlar
Kateqoriya:Füzuli rayonunun türbələri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:XIII əsrdə yarananlar Kateqoriya:Füzuli rayonundakı dini tikililər