Donqo (Komasko dialektində: Dongh) — İtaliyanın Lombardiya regionunda, Komo əyalətində yerləşən şəhərdir. Komo gölünün şimal-qərb sahilində, Qravedona və Musso arasında, Albano çayının mənsəbində yerləşir. Milan şəhərindən 70 km şimalda, Komodan isə təxminən 40 km şimal-şərqdə yerləşir.
27 aprel 1945-ci ildə Benito Mussolini və onunla birlikdə Milan istiqamətindən Valtellina vadisinə qaçan digər faşistlər Donqoda Urbano Lazzaro və başqa partizanlar tərəfindən tutulmuşdular.
Donqo Koliko, Konsilyo di Rumo, Qarzeno, Cermasino, Musso, Pianello-del-Lario və Stazzona bələdiyyələri ilə həmsərhəddir.
Görməli yerlər
Yepiskop sarayı Yepiskop sarayı (it. Palazzo del Vescovo) XVII əsrdə markiz Kossoni ailəsi tərəfindən tikilmişdir. 1854-cü ildə Komo yepiskopu Karlo Romanò binanı Kossoni ailəsindən satın almışdır.
1983-cü ildə Donqo bələdiyyəsi sarayı satın almışdır. Bundan qısa müddət sonra yerli sakinlər Qərbi Yuxarı Lario Dağ İcmasının maliyyə dəstəyi ilə binanın əsaslı bərpasına başlamışlar.
Saray bu gün də tarixi adını qoruyur. Hazırda burada “Alto Lario” Vətəndaş Musiqi İnstitutu, 2003-cü ilin dekabrından etibarən isə Komo gölü Beynəlxalq Fortepiano Akademiyası fəaliyyət göstərir.
Manzi sarayı Göl sahilindəki əsas meydanın qarşısında yerləşən Manzi sarayı (it. Palazzo Manzi) hazırda bələdiyyə idarəsi kimi istifadə olunur. Binanın birinci mərtəbəsində 2014-cü ilin aprelində təmirdən sonra yenidən açılmış Müharibənin Sonu Muzeyi (it. Museo della Fine della Guerra) yerləşir. Muzey əvvəllər Müqavimət Muzeyi adlanırdı.
Muzeydə 1943-cü ilin sentyabrında İtaliyanın atəşkəsindən müharibənin sonunadək Donqo və Komo əyalətinin şimal hissəsindəki partizan hərəkatına dair audio və video materiallar nümayiş etdirilir. Ekspozisiyada, xüsusilə, 1945-ci ilin aprelində Mussolininin və digər faşist rəhbərlərin Donqoda tutulması və sonradan edam edilməsi ilə bağlı məlumatlar təqdim olunur.La Storia Ricomincia in Donqo, Donqo Müharibənin Sonu Muzeyinin 2014-cü ilin aprelində nəşr etdiyi buklet.
Qardaşlaşmış şəhərlər Dongo Normandiyada yerləşən Arromanç-le-Ben şəhəri ilə qardaşlaşmışdır.
Həmçinin bax
Aliano Aqerola Artena Asso Atina
İstinadlar
Xarici keçidlər Dongo bələdiyyəsinin rəsmi saytı Müharibənin Sonu Muzeyinin saytı
Kateqoriya:İtaliya şəhərləri