Buti — İtaliyanın Toskana regionunda, Piza əyalətində yerləşən şəhər və kommunadır. Florensiya şəhərindən təxminən 50 km qərbdə, Pizadan isə 15 km şərqdə yerləşir. 2004-cü il dekabrın 31-nə olan məlumata görə, əhalisi 5.566 nəfər, sahəsi isə 23,1 km² olmuşdur.
Coğrafiyası Buti kommunası Bientina, Kalçi, Kapannori və Vikopizano kommunaları ilə həmsərhəddir.
İdarəetmə
Yaşayış məntəqələri Kommunanın inzibati mərkəzi olan Buti şəhəri ilə yanaşı, onun ərazisinə Kaşine di Buti və La Kroçe kəndləri də daxildir.
2021-ci il bələdiyyə seçkiləri 2021-ci ildə keçirilən bələdiyyə seçkiləri mətbuatda maraq doğurmuşdu. Il Fatto Quotidiano qəzetində seçkidə namizədlərin hər ikisinin Buti soyadını daşımasına diqqət çəkilmişdi. Mer vəzifəsinə keçirilən seçkidə Arianna Buti Monia Butiyə qalib gəlmişdi.
Görməli yerləri Tonini qalası Medici villası Kastel di Nokko kəndi Müqəddəs Fransisk kilsəsi Müqəddəs İohann Vəftizçi kilsəsi
İstinadlar
Kateqoriya:İtaliya şəhərləri