Hamburq Universiteti () — Almaniyanın ən böyük akademik təhsil mərkəzlərindən biri. Almaniyanın ən gənc ali məktəblərindən biri olmasına baxmayaraq professorların və məzunlarının elmi nəticələri elm tarixində xüsusi yer tutur. Məzunlarındanm beşi Nobel mükafatı laureatlarıdır. Beynəlxalq reytinq mərkəzlərinin qiymətləndirilmələrinə görə Times Higher Education Ranking, CWTS Leiden Ranking, U.S. News & World Report universitet dünyanın 200 ən yaxşı universitetindən biridir. Bu isə dünya universtetlərinin 1 %-dən də azdır.

Tarixi Universitet 1 aprel 1919-cu ildə yaranıb. Ona qədər isə 1613-cü ildə Hamburqda "Akademik gimnaziya" (Akademisches Gymnasium) yaradılıb. İki semestr ərzində gimnaziyada oxuyanlar ümumi kurs mühazirələri dinləyir, sonra ixtisas kursunda ixtisas öyrənirdilər. Ancaq dinləyicilərin sayı az olduğundan gimnaziya bağlanır. Təhsil mərkəzinin uğursuzluğuna baxmayaraq, şəhərdə universitet açmaq ideyası həmişə müzakirə edilirdi.

1895-ci ildə biznesmen Edmund Simers mühazirələr üçün özünün bina hədiyyə etdi. İndi bu bina Hamburq Universitetinin əsas korpusudur. XIX əsrdə Akademik gimnaziya ilə yanaşı şəhərdə botanik bağ (1821), observatoriya (1833), kimya laboratoriyası (1878), fizika laboratoriyası (1885) və s. yaradılır. Akademiyanın korpusu genişlənir və nəticədə 1907-ci ildə "Hamburq elmi təşkilatı" yaranır. Tşkilat elmi ekspedisiyaları və nəşr işini dəsətələyir. 1908-ci ildə isə Colonial Institute yaranır. XX əsrin əvvəlində Verner fon Melle bu təsisatları universitet kimi birləşdirməyə cəhd etdi, ancaq şəhgər şurası bu təşəbbüsü rədd etdi. Ancaq Birinci dünya müharibəsindən sonra Hamburq əhalisi universitet yaradılmasına səs verdi və Verner fon Melle universitetin rektoru təyin edilir.

Yeni universitetdə dörd fakültə yaradılır: hüquq, tibb, fəlsəfə və təbiət elmləri. Tibb fakültəsindən əvvəl XIX əsrdə vəba xəstəliyi zamanı Hamburg-Eppendorf klinikası açılmışdı.1954-cü ildə fakültələrin sayı altıya çatır, sosial-iqtisadi və hüquq fakültələri ayrılır və İncil teologiyası fakültəsi yaradılır.

1919-cu ildə universitetdə 1729 tələbə oxuyurdu. 1950-ci illərin əvvəlinə bu say 6000 oldu, 1960-cı illərdə say iki dəfə artdı. 1970-ci illərdə 19 200 tələbə universitetdə ixtisas öyrənirdi. Hal-hazırda Hamburq Universitetində 39 000 tələbə təhsil alır.

Fakültələri Hüquq fakültəsi

Tibb fakültəsi

Biznes, iqtisadiyyat və sosial elmlər məktəbi

İnformatika, riyaziyyat və təbiət elmləri fakültəsi biologiya şöbəsi kimya şöbəsi Yer elmləri şöbəsi informatika şöbəsi riyaziyyat şöbəsi fizika şöbəsi bioinformatika mərkəzi

Humanitar elmlər fakültəsi İncil teologiyası şöbəsi fəlsəfə şöbəsi tarix şöbəsi mədəniyyət tarixi şöbəsi Avropa dilləri və ədəbiyyatı Asiya və Afrika İnstitutu Pedaqogika və psixologiya fakültəsi pedaqogika şöbəsi psixologiya şöbəsi davranış elmləri şöbəsi

Universitetin məşhur işçiləri və tələbələri Hamburq Universitetində təhsil alan və elmi dərəcəyə yüksələnlər: Klaus Hasselman — fizika üzrə Nobel mükafatı laureatı (2021) Hans Krebs — tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (1953) Hans Yensen — fizika üzrə Nobel mükafatı laureatı (1963) Harald tsur Hauzen — tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (2008) Şinq-Şen Çern — Volf mükafatı laureatı (1983) Helmut Şmidt — Hamburqun birinci burqomisteri (1961-1965) [Leo Ştraus]] — siyasi fəlsəfə üzrə tarixçi, kulturoloq Rixard Zorge — SSRİ kəşfiyyatçısı Hamburq Universitetində dərs deyiblər: Otto Ştern — fizika üzrə Nobel mükafatı laureatı (1943) Volfqanq Paul — fizika üzrə Nobel mükafatı laureatı (1945) Volfqanq Paul — fizika üzrə Nobel mükafatı laureatı (1989) Karl fon Vaytszekker — alman fiziki, filosof və siyasi xadimi Karl Maynhof — alman dilçi-afrikanist. Uilyam Lyus Ştern — alman psixoloq və filosofu, intellektual əmsalı yaradıcısı İohan Radon — Avstriya riyaziyyatçısı. Karl Patgen — alman iqtisadçısı, Hamburq Universitetinin rektoru. Albert Otto İohannes — alman astrofiziki Valter Frike — alman astronomu Maks Nonne — alman həkim nevroloqu, professor Konstantin Floros — alman musiqişünas Fris Fişer — alman tarixçisi, professor, Birinci Dünya Müharibəsi haqqında əsərlərin müəllifi

Astronomiyada 1918-ci ildə kəşf edilmiş astreoid onun şərəfinə (905) Universitas adlandırılmışdır.

İstinadlar

Mənbələr Universitetinin rəsmi saytı

Kateqoriya:Almaniya universitetləri Kateqoriya:Almaniya ali təhsil müəssisələri Kateqoriya:Hamburq Kateqoriya:Hamburq Universiteti