Bistanyo — İtaliyanın Pyemont regionunda, Alessandriya əyalətində yerləşən şəhər və kommunadır. Şəhər Turindən təxminən 70 km cənub-şərqdə, Alessandriyadan isə 35 km cənub-qərbdə yerləşir.

Bistanyo Kastelletto d'Erro, Melatstso, Monastero Bormida, Montabone, Ponti, Rokketta Palafea, Sessame və Tertso kommunaları ilə həmsərhəddir.

Şəhərin mərkəzində Culio Monteverde heykəltəraşlıq muzeyi yerləşir. Muzeydə burada anadan olmuş və İtaliyanın tanınmış heykəltəraşlarından birinə çevrilmiş Culio Monteverdenin orijinal gips modelləri saxlanılır.

Bistanyo adının mənşəyi ilə bağlı ən geniş yayılmış izah onu Bormida çayının iki qolunun — Spinyо Bormida və Millesimo Bormida çaylarının şəhər ərazisində qovuşması ilə əlaqələndirir. Bu izaha görə, adın ilk hissəsi “iki” mənasını verən elementlə, ikinci hissəsi isə “gölməçə” və ya su hövzəsi anlayışı ilə bağlı ola bilər. Həmin sözün latın dilində “çay” və ya “su axını” mənasını verən *amnis* sözü ilə əlaqəsi də ehtimal edilir.

Başqa bir etimoloji fərziyyəyə görə, dilçilik dəlilləri Bistanyo adını protohind-Avropa və ya kelt mənşəli hesab edilən *bĭst-ăgnŏ-s* sözü ilə əlaqələndirir. Bu söz “kiçik qırqovul” mənasını verə bilər. Fərziyyə ərazidə Neolit dövründə və ya daha qədim tarixəqədərki dövrlərdə bu quşun mövcudluğuna işarə edir.Francesco Perono Cacciafoco, The Origins of Naming Process: Toponymic Archaeology of Two Indo-European Place Names, Review of Historical Geography and Toponomastics, cild 11, № 21–22, 2016, s. 64–65.

Bistanyonun tarixi haqqında bələdiyyənin məlumatına görə, yaşayış məntəqəsinin əsası 1253-cü ildə Akvi yepiskopu Enriko tərəfindən ətraf təpələrdə yerləşən üç kiçik yaşayış məntəqəsinin birləşdirilməsi ilə qoyulmuşdur. Bununla belə, Bistanyo adı daha əvvəlki sənədlərdə də — 991-ci ildə və 1155-ci ildə *Bestagnio*, 1052-ci ildə isə *Bistanno* formalarında — qeyd edilmişdir.

Tanınmış şəxslər

Cüzeppe Sarakko (1821–1907) — siyasətçi. Culio Monteverde (1837–1917) — heykəltəraş.

Qardaşlaşmış şəhərlər

Flavyak, Fransa.

İstinadlar

Kateqoriya:İtaliya şəhərləri