TGRT Haber, İhlas Holding qrupuna daxil olan mədəniyyət və xəbər kanalıdır. 29 oktyabr 2004-cü ildə yayıma başladı. TGRT-nin Amerika şirkəti News Corporation (FOX)-a satılmasına baxmayaraq, TGRT , TGRT Belgesel və TGRT FM kimi qardaş kanalları ilə birlikdə İhlas Holding-in çətiri altında yayımını davam etdirir.
Tarixçə
TGRT Haber, İhlas Holdinqin törəmə şirkəti olan İhlas Xəbər Agentliyi ilə güclü yayım tərəfdaşlığına malikdir.
15 dekabr 2013-cü il tarixindən etibarən TGRT EU 16:9 yayım formatına keçib.
150px|right|thumb|2004-2014-cü illər arasında istifadə olunmuş TGRT Haber loqosu.
22 aprel 2014-cü il, TGRT-nin ilk yayımlarının 21-ci günü. TGRT ildönümündə bütün ailəsi ilə birlikdə loqosunu dəyişdirdi. İllərdir istifadə edilən sarı və mavi loqo qırmızı və qara loqo ilə əvəz edilib. Bundan əlavə, TGRT EU kanalı ilə birlikdə onun loqotipi yuxarı sol küncdən aşağı sağ küncə köçürülüb. 5 iyun 2019-cu il tarixindən etibarən yalnız Digiturk platformasında və YouTube kanalında, 21 iyul 2020-ci il tarixindən isə Türksat peyki, D-Smart, KabloTV, tivibu və Turkcell TV+ vasitəsilə HD keyfiyyətində yayımlanmağa başladı. 21 iyul 2020-ci ildə loqotip yuxarı sol küncə köçürüldü.
İstinadlar
Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:2004-cü ildə Türkiyədə yarananlar Kateqoriya:Türk dilində televiziya kanalları