Cozef Sitro (; ) — Yeni İngiltərə bölgəsinin folklorunu, mistik hadisələrini, ruh hekayələrini, paranormal fəaliyyətini və okkultizmlə bağlı baş verənlərini geniş şəkildə araşdıran və sənədləşdirən ABŞ yazıçısı və folklorşünası.
Həyatı Bütün ömrünü Vermontda keçirən Sitro Ratlenddə anadan olmuş, Çesterdə böyümüş, Anderhilddə yaşamış və hazırda Vindzorda məskunlaşmışdır. Onun atası maşinist və nağılçı olmuş, Vermont xalqı və təbiəti haqqında rəvayətlər danışmış, anası isə onda mütaliə sevgisini həvəsləndirmişdir.
Uşaqlıqda o, qısa hekayələr və komikslər yazmışdır. 1971-ci ildə Kin Ştat Kollecini ingilis dili üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. O, 1983-cü ilə qədər ştatın Təhsil Departamentində və İnsan Resursları Departamentində inkişaf qüsurları olan şəxslər üçün peşə təhsili proqramlarının hazırlanması sahəsində çalışmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XX əsrin ABŞ romançıları