Dinozavrların kütləvi yoxoluşu — təxminən 66 milyon il əvvəl Təbaşir dövrünün sonunda baş vermiş və dinozavrlar da daxil olmaqla, Yerdəki canlı növlərinin böyük hissəsinin məhvinə səbəb olmuş kütləvi yoxoluş hadisəsi.

Geoloji sübutlar və K-Pg sərhədi Dinozavrların və digər qədim canlıların yoxolma dövrü geologiya və paleontologiya elmləri tərəfindən süxur təbəqələri və fosillərin analizi vasitəsilə öyrənilir. Müasir geoloji üsullar, minerallar və izotopik analizlər sayəsində süxur təbəqələrinin mütləq yaşını dəqiq hesablayırlar.Alvarez, L. W., et al. (1980). Extraterrestrial Cause for the Cretaceous-Tertiary Extinction. Science, 208(4448), 1095–1108.

Elmdə K-Pg sərhədi (Təbaşir-Paleogen sərhədi) kimi tanınan geoloji təbəqə bu məhv hadisəsinin əsas göstəricisi hesab olunur. Bu sərhəd xəttinə qədər olan təbəqələrdə zəngin dinozavr və digər canlı fosillərinə rast gəlindiyi halda, sərhəddən dərhal sonrakı təbəqələrdə bu fosillər birdən-birə kəsilir. Bu kəskin keçid yoxoluşun qlobal və ani xarakter daşıdığını göstərir.

Meteorit nəzəriyyəsi və Çikşulub krateri 1970-ci illərdə geoloqlar Qlen Penfild (Glen Penfield) və Antonio Kamargo (Antonio Camargo) tərəfindən aparılan tədqiqatlar K-Pg sərhədindəki anomaliyaların öyrənilməsinə təkan verdi.

1990-cı illərdə Meksikanın Yukatan yarımadasındakı Çikşulub bölgəsində nəhəng kraterin kəşf edilməsi ilə meteorit toqquşması nəzəriyyəsi elmi təsdiqini tapdı.Hildebrand, A. R., et al. (1991). Chicxulub Crater: A possible Cretaceous/Tertiary boundary impact crater on the Yucatán Peninsula, Mexico. Geology, 19(9), 867-871. Radiometrik tarixiləmə üsulları ilə aparılan hesablamalar kraterin yaşının dəqiq olaraq 66 milyon il əvvələ — K-Pg sərhədinə təsadüf etdiyini göstərdi. Asteroidin Yerlə toqquşması nəticəsində yaranan qlobal iqlim dəyişiklikləri qeyri-quş dinozavrların və minlərlə başqa canlı növünün eyni dövrdə məhvinə səbəb olmuşdur.

İstinadlar

Kateqoriya:Dinozavrlar Kateqoriya:Kütləvi yoxoluşlar