Balestrino ( və ya ) — İtaliyanın Liquriya regionunda, Savona əyalətində yerləşən şəhər və bələdiyyədir. Genuyadan təxminən 70 km cənub-qərbdə, Savonadan isə təxminən 30 km cənub-qərbdə yerləşir. 31 dekabr 2011-ci ildə əhalisi 607 nəfər, sahəsi isə 11,3 km² idi. Mənbə : ISTAT, 2011

Tarixi

Balestrino təpənin üzərində yerləşən qədim tarixi şəhər hissəsindən və onun aşağısında yerləşən yeni şəhər hissəsindən ibarətdir. Hidrogeoloji qeyri-sabitlik səbəbindən qədim şəhər 1953-cü ildə tərk edilmiş və hazırda kabus şəhərə çevrilmişdir.Balestrino haqqında məqalə və sənədli film (ingilis dilində) Balestrino haqqında məqalə və sənədli film (italyan dilində) Müasir şəhər hissəsində isə bu gün də yaşayış davam edir.

Coğrafiyası

Balestrino Kastelvekkyo di Rokka Barbena, Çeriale, Çizano sul Neva, Toirano və Zukkarello bələdiyyələri ilə həmsərhəddir. Bələdiyyənin tərkibinə Berqalla, Borqo, Kuneo və Podco yaşayış məntəqələri daxildir.

Demoqrafiyası

Qalereya

Digər

Balestrino adı ilə tanınan kiçik orta əsr və Renessans dövrü arbaletləri də mövcuddur. Bu silahlar «qatil arbaletləri» adı ilə də tanınır. Həmçinin bax

Aliano Aqerola Artena Asso Atina

İstinadlar

Xarici keçidlər

Balestrino official website Balestrino tourist website

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:İtaliya kommunaları Kateqoriya:Kabus şəhərlər Kateqoriya:Savona əyaləti Kateqoriya:Liquriyanın şəhər və qəsəbələri Kateqoriya:Savona əyalətinin kommunaları