YIĞIM Ödəniş Xidmətləri — 2017-ci ildə təsis edilmiş Azərbaycan maliyyə xidmətlərini daha sürətli, rahat və rəqəmsal formada təqdim etmək üçün innovativ texnologiya şirkətidir.

Haqqında 2024-cü ildə şirkət Azərbaycan Mərkəzi Bankı tərəfindən müddətsiz ödəniş təşkilatı lisenziyası almışdır. (31 iyul 2024-cü il) YIĞIM ölkədə elektron pul və ödənişlər sektorunda lisenziya almış təşkilatlardan biridir. YIĞIM PCI DSS Level 1 sertifikatına malik ödəniş operatorudur və yüksək təhlükəsizlik standartlarına cavab verir. 2025-ci ildə YIĞIM ABB ilə tərəfdaşlıq çərçivəsində American Express kartlarının qəbulunu uğurla inteqrasiya etmişdir. Şirkət həmçinin Azərkosmos (o cümlədən Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində ödənişlərin qəbulunun təmin edilməsi), Fairmont Baku, Wolt, Bolt, Hilton Baku, Baku Holiday Travel, Ibis Hotel, iSpace, İpəksu, Landmark və Sumqayıt Hospital MMC kimi böyük brendlərlə əməkdaşlıq edir və onlara Google Pay, Apple Pay, bank kartları həmçinin terminallar vasitəsilə ödənişlərin qəbulunu təmin edir.

Tarixi YIĞIM Payment Services 2017-ci ildə hüquqi adı "Drakaris" MMC olmaqla təsis edilmişdir. 2019–2020 Visa və Mastercard kimi beynəlxalq ödəniş sistemlərinə qoşulma, bu da həm onlayn, həm də oflayn. 2020 Azərbaycanda ilk dəfə olaraq Apple Pay və Google Pay vasitəsilə onlayn ödənişlərin inteqrasiyası, ölkədə rəqəmsal ödənişlər.2024 Azərbaycan Mərkəzi Bankından müddətsiz ödəniş təşkilatı lisenziyasının alınması (31 iyul 2024-cü il). 2025 ABB ilə tərəfdaşlıq çərçivəsində American Express kartları ilə onlayn ödənişlərin qəbulu.

Xidmətlər və Əməkdaşlıqlar YIĞIM linklə ödəniş, Elektron ticarət ödənişləri, All-in-One həlləri, Fast Invoice, tokenizasiya, təkrarlanan ödənişlər, UnionPay inteqrasiyası və əməliyyat analitikası kimi xidmətlər təqdim edir.

YIĞIM Visa, UnionPay, American Express, Azercosmos, Fairmont Baku, Hilton Baku, Ibis Hotel, Wolt, Bolt, Baku Holiday Travel, iSpace, İpəksu və Sumqayıt Hospital kimi tərəfdaşlarla ödəniş, rəqəmsal həllər və kart inteqrasiyası sahəsində əməkdaşlıq edir.

Tədbirlər YIĞIM "ECOM Azerbaijan", "IV Bakı Piano Festivalı", "Bakı Astronavtika Konqresi" və "Bosco Conference" kimi tədbirlərdə iştirak edib, həmçinin "EY" və "UNEC" çərçivəsində ödənişlərin rəqəmsallaşdırılması mövzusunda seminar və vebinarlara ev sahibliyi edib.

Mükafatlar 2022-ci ildə "EY Entrepreneur of the Year Azerbaijan" nominasiyasına daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Layihələr Kateqoriya:Şirkətlər Kateqoriya:Texnologiya