Saksen-Altenburqlu Yelizaveta Sofiya (; ) — Saksen-Altenburq hersoqu İohann Filippin qızı, Saksen-Qota və Saksen-Altenburq hersoginyası.

10 oktyabr 1619-cu ildə Halledə dünyaya gəldi. Atası Saksen-Altenburq hersoqu İohann Filipp, anası isə Braunşveyqli Yelizavetadır.

24 oktyabr 1636-cı ildə atasının əmisi Saksen-Veymar hersoqu II İohannın oğlu şahzadə Ernestlə evləndirildi. Bu nigah siyasi olaraq mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, atasının vəsiyyətinə görə, ailəsinin kişi şəcərəsi sonlanarsa, yeganə övladı olan Yelizaveta Sofiya bütün Saksen-Altenburq mülkünün varisi olacaqdı. Cütlüyün bu nigahdan 18 övladı doğulsa da, bunlardan yalnız doqquzu yetkinlik yaşına çatdı.

İohann Ernest (1638-1638), yaşı tamam olmadan öldü. Yelizaveta Doroteya (1640-1709) İohann Ernest (1641-1657), çiçək xəstəliyi səbəbilə öldü. Evlənmədi və varisi olmadı. Kristian (1642), yaşı tamam olmadan öldü. Sofiya (1643-1657), çiçək xəstəliyi səbəbilə öldü. İohanna (1645-1657) I Frederik (1646-1691) V Albert (1648-1699) I Bernhard (1649-1706) Henri (1650-1710) Kristian (1653-1707) Doroteya Mariya (1654-1682) Ernest (1655-1715) İohann Filipp (1657), yaşı tamam olmadan öldü. IV İohann Ernest (1658-1729) İohanna Yelizaveta (1660), yaşı tamam olmadan öldü. İohann Filipp (1661-1662) Sofiya Yelizaveta (1663), yaşı tamam olmadan öldü.

Ərinin 1640-cı ildə taxta çıxmasının ardından Saksen-Qota hersoginyası ünvanını aldı.

Atasının 1639-cu ildə vəfatından sonra əmisi və əmisi oğlanları taxt-taca sahibləndi. Ancaq 1672-ci ildə ailəsinin kişi şəcərəsi sonlandı və beləcə, Saksen-Altenburq mülkü evlilik yoluyla ərinə keçdi. Ərinin 1675-ci ildə ölümünün ardından ən böyük oğlu I Frederik taxta çxıdı. Ancaq 1680-ci ildə digər oğullarıyla alınan razılığa əsasən ata mülkü parçalandı. Həmin ilin sonunda - 20 dekabr 1680-ci ildə Qotada vəfat etdi.

Mənbə

Ədəbiyyat

New Journal for the History of the Germanic peoples, Volume 1, Issue 1–4, Anton, 1832, p. 88 Ute like to eat:princesses at the Saxon court, Leipzig University Press, 2007, p. 128 Moritz Theodor Frommelt: Sachsen-Altenburg geography or history, Klinkhardt, 1838, p. 129

İstinadlar

Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Almaniya zadəganlığı Kateqoriya:XVII əsr zadəganları