Nodar Mikayıl oğlu Məmmədov () — azərbaycanlı futbolçu, Qaradağ fotbol klubunun müdafiəçisi, "Xankəndi" futbol klubunun oyuncusu.

Klub karyerası O, peşəkar futbolçu karyerasına 2004-cü ildə Qusar şəhərinin Şahdağ-Samur klubunda başlayıb. Həmin klubun heyətində Azərbaycan Premyer Liqasında çıxış edib.

2007-ci ildə Ağdamın "Qarabağ" futbol klubuna keçib.

2008/09 oyun mövsümündə N. Məmmədov hərbi xidməti ilə əlaqədar olaraq, Mərkəzi Ordu İdman Klubunun MOİK (Bakı) rənglərini qoruyub. O, bu komandanın heyətində 24 oyun keçirib.

2009-cu ildə "Muğan" futbol klubuna icarəyə verilib, lakin bu komandada rəsmi oyuna çıxmayıb. Həmin ilin sonunda "Qarabağ" klubuna qayıdıb və 2009/10 mövsümündə klubun heyətində 5 oyun keçirib.

O, 2010-cu ildə "Qəbələ" klubuna keçib. Bu komandada 2013-cü ilədək çıxış edib və Premyer Liqada 54 oyun keçirərək 2 qol vurub. Qəbələdəki dövründə çempionatın 24-cü turunda "Muğan" FK-ya qarşı oyunda 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb və 4 oyunluq cəzalandırılıb. O Qəbələdəki dövründə çempionatın 24-cü turunda "Muğan" klubuna qarşı oyunda 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb və 4 oyunluq cəzalandırılıb.

2013-cü ildə "Rəvan" klubu ilə müqavilə imzalayıb. Baş məşqçi Ramil Əliyevin etimadını qazanmağı hədəflədiyini bildirib. Bu klubun heyətində çempionatda 17 oyun keçirib. Həmin ilin sonunda "Sumqayıt" klubuna keçib. 2013–2015-ci illərdə komandanın əsas heyətində çıxış edib və 60 oyun keçirib.

2016-cı ildə "Xəzər Lənkəran" klubunun heyətində 3 oyun keçirib. 2016–2017-ci illərdə "Turan Tovuz" FK-da çıxış edib. 2017-ci ildə "Mil-Muğan" klubu ilə müqavilə bağlasa da, rəsmi oyuna çıxmayıb. Həmin il Şimali Kipr Türk Respublikasının "Yeni Boğaziçi" klubunda 15 oyun keçirib və 1 qol vurub.

2018-ci ildə "Xəzər Lənkəran" klubunun, 2018/19 mövsümündə isə "Şüvəlan" FK-nin heyətində çıxış edib.

O, 2019-cu ildə "Kəpəz" klubuna keçib və 2021-ci ilədək bu komandanı təmsil edib. 2021/22 mövsümündən "Qaradağ Lökbatan" klubunun futbolçusu olub; klubun heyətində 2021/22 və 2022/23 mövsümlərində 23-ər oyun keçirib. Sonradan Birinci Divizionda "İmişli" klubunda da çıxış edib.

2025/26 mövsümündə II Liqanın debütantı "Xankəndi" klubunun heyətinə qoşulub və 15 nömrəli formada çıxış edib. Mövsüm ərzində komanda turnir cədvəlinin zirvəsində qərarlaşıb.

2026-cı il iyulun 7-də klub Birinci Liqada debüt etməzdən əvvəl qarşılıqlı razılıq əsasında onunla, həmçinin Şahin Zəkiyev və Əli Mürsəlovla yollarını ayırdığını açıqlayıb.

Azərbaycan milli komandası O , 2007-ci ildən bəri 15 nömrəli forma altında Azərbaycan gənclər komandasında (U-21) oynayıb və komandanın kapitanı kimi çıxış edib.

11 sentyabr 2007-ci ildə Olimpiya komandaları arasında Avropa Futbol Çempionatının seçmə turnirinin səfər oyununda Nodar Məmmədov Xorvatiya millisinin qapısına iki qol vurub.

O, milli komandada debütünü 6 sentyabr 2008-ci ildə, 2010-cu il FİFA Dünya Kubokunun seçmə mərhələsində Azərbaycan və Uels arasında keçirilən matçda edib.

Nodar Məmmədov milli komandada ümumilikdə 4 oyun keçirib, qol vurmayıb.

İstinadlar

Kateqoriya:Qaradağ Lökbatan FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular Kateqoriya:Xəzər Bakı FK futbolçuları