Ömər ibn Səid (; ) və ya Moro Əmi () — İslam alimi və Quran hafizi. ABŞ-də yazılmış ilk və yeganə qul avtobioqrafiyasının müəllifi.

Həyatı Ömər ibn Səid 1770-ci ildə Qərbi Afrikada, indiki Seneqal ərazisində doğulmuşdu.

1807-ci ildə, 37 yaşında olarkən müharibə zamanı əsir götürüldü, qul kimi ABŞ-ın Cənubi Karolina ştatına gətirildi. İlk sahibinin amansız rəftarından qaçaraq Şimali Karolinaya üz tutsa da, orada namaz qılarkən tutularaq həbs olundu. Həbsxanada olduğu müddətdə kameraların divarlarına ərəb dilində yazılar yazması yerli əhalinin və hakim dairələrin diqqətini cəlb etdi.

Daha sonra həbsxanadan çıxdı və yerli əhali tərəfindən "Moro Əmi" olaraq adlandırılmağa başlandı. O, 1831-ci ildə öz həyat hekayəsini ərəb dilində qələmə aldı. "Ömər ibn Səidin həyatı" adlı bu əsər ABŞ tarixində bir qul tərəfindən ərəbcə yazılmış ilk və yeganə avtobioqrafiya kimi tarixə düşdü.

Sahibləri onun xristianlığı qəbul etdiyini zənn etsələr də, Ömər ona hədiyyə edilən İncillərə tez-tez Quranın Mülk surəsini qeyd edirdi. O, "Mülk və hakimiyyət yalnız Allaha məxsusdur" mesajı ilə insanların başqa insanlara sahib ola bilməyəcəyini üstüörtülü şəkildə ifadə edirdi:

Ömər ibn Səid 1864-cü ildə Bleydendə vəfat etmişdir.

Bu gün onun avtobioqrafiyası ABŞ Konqres Kitabxanasında mühüm tarixi sənəd kimi saxlanılır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İslam alimləri Kateqoriya:ABŞ ədəbiyyatı Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:XIX əsrdə ABŞ Kateqoriya:XVIII əsr şəxsləri Kateqoriya:Kölələr Kateqoriya:Seneqal tarixi