Fransız Gimnaziyası () — Almaniyanın Berlin şəhərində yerləşən fransızdilli gimnaziya. Ənənəvi olaraq, geniş şəkildə elitar orta məktəb kimi qəbul edilir. O, həmçinin Berlinin en qədim dövlət məktəbidir. Onun yaradılması Brandenburq kurfürstü Fridrix Vilhelm tərəfindən əmr edilmişdir.Erich Auerbach, Edward W. Said, Mimesis: The Representation of Reality in Western Thought, Princeton University Press, 1953/2003, Introduction, p. X.Klemens von Klemperer, Voyage Through the Twentieth Century: A Historian's Recollections and Reflections, Berghahn Books, 2009, p. 12.Robert Doran, The Ethics of Theory: Philosophy, History, Literature, Bloomsbury, 2017, p. 216, note 31.
Məktəb bilavasitə Fransa hökumətinin agentliyi olan Xaricdə Fransız Təhsili Agentliyi (AEFE) tərəfindən idarə olunur. — Purple means "Gestion directe" (directly operated), and this school is in the color code for purple.
İndiki dövrdə Məktəb Berlin-Raynikendorfda yerləşdikdən sonra, 1972-ci ildə Berlin-Tirqartendə, Nollendorfplatsdan çox da uzaq olmayan Derfflingerştrassədəki hazırkı binasına köçmüşdür. Məktəbdə həm alman, həm də dünyanın müxtəlif fransızdilli ölkələrindən gələn fransızdilli şagirdlər təhsil alır. Təhsil 5-ci sinifdən 12-ci sinfədək davam edir. İkidilli siniflər və tədris isə 7-ci sinifdən başlayır. Tədris olunan digər dillər ingilis, latın, qədim yunan və ispan dilləridir. Bir çox alman şagird hər iki diplomu əldə etsə də, məktəblilər iki diplomdan biri ilə məzun ola bilərlər: Abitur (Almaniya orta məktəb diplomu) və bakalavriat (Fransa orta məktəb diplomu).
İstinadlar
Xarici keçidlər
Französisches Gymnasium Berlin
Kateqoriya:1680-ci illərdə yaradılmış təhsil müəssisələri Kateqoriya:Berlindəki binalar və tikililər