Evcik-evcik, ev oyunu () və ya Analı-qızlı () — böyüklərin ailə həyatını imitasiya edən uşaq rol oyunu. Oyunu əsasən qızlar təşəbbüs edir və oynayırlar (o cümlədən kişi rollarını da ifa edirlər), lakin bu, oğlanların da iştirakını istisna etmir. Dəqiq qaydalar yoxdur. Hər şey ilkin ideya və oyun gedişində asanlıqla dəyişə bilən rolların bölünməsi üzərində qurulur. Oyun üçün, bir qayda olaraq, gəlinciklər və hər növ uşaq «inventarı» — oyuncaq qab-qacaq, yataq ağları, interyer əşyaları və s. istifadə olunur.

Oynayan uşaqlar ailənin müxtəlif üzvlərinin rollarını öz aralarında bölüşdürür, oyunda real həyat vəziyyətlərini təcəssüm etdirir, qohumların və həmyaşıdların davranışlarını imitasiya edir, intonasiya və pozalara qədər öz ailələrində, uşaq bağçasında və s. ünsiyyət və münasibətləri canlandırırlar. Canlandırılan hər bir süjet oyunun məzmununda uşaqlara xas təxəyyül və yaradıcılıqla zəngindir. Uşaqlar yalnız real gördüklərini imitasiya etmir, həm də həyat haqqında xəyallarını oyunda təcəssüm etdirə bilirlər.

Psixologiya nöqteyi-nəzərindən analı-qızlı oyununu müşahidə etmək valideynlərə uşağın dünyası haqqında qiymətli məlumatlar verə bilər. Onlar kənardan öz ailə həyatlarını, ailədaxili münasibətləri, özlərini və bir çox başqa şeyləri görə bilərlər.

Oyun böyüklər tərəfindən psixoloji treninq kimi də istifadə oluna bilər.

İstinadlar

Kateqoriya:Rusiya oyunları Kateqoriya:Şəxsiyyət nəzəriyyələri Kateqoriya:Uşaq oyunları