Riqa Azad Limanı () — Baltik dənizinin şərq sahilində, Latviyanın paytaxtı Riqada yerləşən böyük bir liman.
Bu liman Riqa daxilində Dauqava çayının hər iki sahili boyunca 15 kilometr uzanır.
Limanın sahəsi 1962 hektar, su sahəsi isə 6348 hektardır. Bu Limanda naviqasiya il boyu mövcuddur. 2025-ci ildə bu Liman 16,8 milyon ton yük daşıyıb. Həmin yük dövriyyəsinin əksər hissəsini MDB ərazisinə və ya oradan gələn tranzit yükləri təşkil edir. Limandan daşınan yüklərin əsas hissəsini bunlar təşkil edir: kömür, neft məhsulları, taxta, gübrələr və konteyner yükləridir.
Ventspils Azad Limanı ilə Liyepaya Limanı ixracata kökləndiyi halda, Riqa Azad Limanının fəaliyyətinin əksər hissəsini idxal təşkil edir.
2010-cu illərin əvvəlində liman ümumi yük dövriyyəsinə görə Şərqi Baltika limanları arasında 4-cü yeri tutub.
Limanın müasir tarixi Latviyanın müstəqillik qazanması ilə başlayıb.
Tarixi
Mənşəyi və Hanza İttifaqı Əsası qoyulduğu gündən Riqa əsasən ticarət və düşərgə-yükdaşıma məntəqəsi olub. Bu səbəbdən, onun inkişafı birbaşa dəniz al-verinə bağlıdır. Burada yaşayış yeri üçün ilk yanalma məntəqəsi Ridzene çayının genişlənən yerində oyulmuş Riqa gölündə olub. XIII əsrdə şəhər Hanza İttifaqına qoşulanda, Riqa gölündə iri liman tikillib. O dövrdə əsas ixrac məhsulları xəz, taxta, mum, kətan və çətənə olub.
XV əsrin sonu - XVI əsrin əvvəllərində şəhərin əsas limanı Dauqava çayına köçürülüb. Bu dövrdə al-verə gedən əsas mallar bunlar olub: parçalar, metal, duz və balıq. Növbəti əsr yarım ərzində şəhər ardıcıl olaraq 1582-ci ildə Polşa-Litva Birliyinin, 1629-cu ildə İsveçin, 1721-ci ildə isə Rusiya İmperiyasının əlinə keçib.
Rusiya impersiyasında Riqa limanı Böyük Şimal Müharibəsindən sonra 1725-ci ildə Riqanın ticarəti müharibədən əvvəlki səviyyəsinə qatarılıb və həmin il Limandan 388 xarici gəmi keçib. Əsas ixrac malları çətənə, kətan, kətan toxumu, çörək, hamsi, piy və dirək ağacı olub.
XVIII əsrdə Limandn keçən malnaməyə dairəvi odun, "rus dəmiri", yarpaq tütünü, kətan və parçalar, o cümlədən qaba parçalar əlavə edilib.
Bu dövrdə Riqanın idxal etdiyi malların siyahısı isə dəyişməz qalıb: duz, siyənək, şərab, şəkər, əlvan metallar və xırdavat (parça və ya dəri əsaslı bəzək və ya geyim).
Dauqava Ticarət Yolu Böyüyən Sankt-Peterburq Limanı ilə rəqabətdə Riqa Limanı Rusia İmperiyasının ikinci ən böyük limanı kimi əhəmiyyətini saxlayıb. Ölkənin bölgələri ilə əlaqələr quruldu, lakin ixracın yarısını Litva Hersoqluğu təmin edib. Bu dövrdə Riqa əhalinin yarısı ticarətlə məşğul olduğundan, burada vasitəçi ticarət ixtisaslaşmış Böyük Tacirlər Cəmiyyəti (Gildiya) tərəfindən idarə olunub. Aracılıq ticarətinə köməkçi xidmətlər kimi, malların daşınması, çeşidlənməsi, çəkdirilməsi və ilkin emalı üçün Latviyada emalatxanalar yaradılmağa başlanıb.
XVIII əsrdə bu emalatxanalaırn və köməkçi xidmətlər infrastrukturunun əhəmiyyəti o qədər artıb ki, onlar tamhüquqlu şəhər-qalalı (bürger) olmaq haqqı uğrunda yarışa girdilər. Bu mübarizəyə Gəmi-dirəyi-qayıranlar Cəmiyyəti rəhbərlik edib.
1763-cü ildə mühəndis-kapitan Qustav fon Veysman Riqa Şəhər Şurasına çay yatağını qorumaq və daşqınların qarşısını almaq üçün Riqanın Latlege rayonundan Dauqavqriva çayına qədər Qərbi Dvinada bəndlər şəbəkəsi qurmaq layihəsini təklif edib. Layihə 1764-cü ildə Riqaya səfəri zamanı İmperatriça II Yekaterina tərəfindən dəstəkləndi və bundan sonra işə başlamaq üçün ilk 3000 taler vəsait ayrılıb. Ümumi tikinti smetasının ilkin dəyəri 200 min taler, tikinti müddəti isə üç il hesablanıb. Bu, Rusiya İmperiyası miqyasında misli görünməmiş hidrotexnika layihəsi olub. Layihənin ərsəyə gətirilməsi 1782-ci ilə qədər uzanıb. Belə ki, tikilmiş bəndlərin bəziləri daşqına davam gətirməyib, lakin onların bir çoxu günümüzə qədər qədər saxlanılıb .
1797-1805-ci illər arasında Dauqavanın Ulla qolunu Dneprin Berezina qoluna birləşdirən Berezina kanalı tikildi. Beləliklə, Dauqava-Dnepr su yolu əmələ gəldi .
1818-ci ildə Ust-Dvinskdə, Riqa limanının girişində, əks etdiriciləri olan yağ lampaları ilə təchiz olunmuş ilk mayak tikilib.
1852-ci ildə Riqa-Bolderaja teleqraf xətti genişləndirilib.
8 iyun 1830-cu ildə ilk buxar gəmisi Riqa limanına daxil olub.
XIX əsrin birinci yarısında Riqa limanı ildə 500-800 kotan qəbul edib və yaxşı illərdə bu rəqəm ikiqat artaraq Velij, Vitebsk, Beşenkoviçi, Ulla, Polotsk, Drissa və Disnaya yüklənmiş 1300-1400 kotan təşkil edib. Dəmir yolunun tikintisindən əvvəl Dauqava ticarət yolu liman üçün mühüm əhəmiyyətə malik olub.
Liman infrastrukturunun genişləndirilməsi 1859–1861-ci illərdə Mangalsal Dəniz Bəndi və Şərq Dalğacısı tikilib.
XIX əsrin ikinci yarısında Livoniyada dəmir yollarının tikintisinə başlanılb və ilk dəmir yollarından biri limanı Rusiya taxıl anbarları ilə birləşdirən Riqa-Orlovskaya dəmir yolu olub.
1872-ci ildə limanda ilk 25 tonluq kran quraşdırılıb.
1873-cü ildə liman ərazisi genişləndirildi, Milqravis və Bolderayada yeni boşaltma məntəqələri yaradılıb və bunlar müvafiq olaraq 1872 və 1873-cü illərdə mərkəzi yük stansiyasına qoşuldu. Dəmir Körpü Dauqava üzərindən inşa edilib.
Rusiya İmperiyasında Liman mühüm rol qazanıb, xarici ticarət həcminə görə (Sankt-Peterburq və Odessadan sonra) dövlətin limanları arasında üçüncü, XX əsrin əvvəllərinə qədər isə taxta ixracında birinci yeri tutub. Xarici ticarət dövriyyəsində onun payı 9,2%-dən 11%-ə yüksəlib. Bu, XIX əsrin sonlarında mühəndis Arnold Pabstın rəhbərliyi ilə, Limanda Qərbi Dvinanın aşağı axınlarında aparılan əsaslı hidrotexniki işlər sayəsində mümkün olub; dizayn işləri isə, Mangalsala bəndinə ciddi ziyan vuran 1873-cü il böyük qasırğasından sonra başlanıb.
1875-ci ildə Riqa Mübadilə Komitəsi tərəfindən yeni Riqa Limanının tikinti mühəndisi və texniki rəhbəri vəzifəsinə dəvət edilən Pabst, 9 oktyabr 1911-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə çalışıb.
Daha sonra Dauqava çayının məcrasının tənzimlənməsi üçün həyata keçrilən möhtəşəm layihə nəticəsində çay yatağı bəndin yanları boyunca elə axıdılıb ki, çay axını davamlı olaraq bəndin sivarı ilə təmizləsin və AB bəndi, Qərb körpüsü (1884-1885) və digər tikililərin inşası mümlük olub, gemi keçidinin eni (farvater) 6,6–7,2 metrə (22–24 fut) qədər dərinləşdirilib, 1877–1881-ci illərdə kiçik gəmilər üçün qış Limanı tikilib, 1902-ci ildə isə yaxınlıqda qida saxlamaq üçün soyuducu quraşdırılıb.
1902-ci ildə Yük Stansiyası və İxrac Limanının tikintisinə başlanıldı və Birinci Dünya Müharibəsinə qədər davam edib.
1911-ci ildə Riqa Liman dövriyyəsi 4 milyon ton təşkil edib, 2923 gəmiyə xidmət göstərib ki, bu da Ventspils Limanının (0,7 milyon ton, 1215 gəmi) və Liepaya Limanının (1,3 milyon ton və 1215 gəmi) yük dövriyyəsini xeyli artıqdır.
Hər dünya müharibəsi zamanı Riqa Alman işğalına məruz qalıb, Liman avadanlığı boşaldılıb, bəzi binalar isə dağıdılıb.
Latviya Respublikasında Latviya müstəqilliyini elan etdikdən sonra, Limanın yük dövriyyəsi kəskin şəkildə azalıb, yükləmə-boşaltma əməliyyatlarında əl əməyi üstünlük təşkil edib. Bu zaman, Liman işçiləri tətil edərək hüquqları uğrunda mübarizə aparıblar. Onlardan ən böyüyü 1923-cü ildə (3,7 min iştirakçı) və 1933-cü ildə baş tutub.
1920-ci ildə Limanda sərnişin daşınması bərpa edilib, Riqada 11 gəmi, özəl şirkət olan A. Augsburgs-da isə 16 gəmi qalıb. Onlar birlikdə 3,5 milyon, 1925-ci ildə 6,5 milyon, 1930-cu ildə isə 4,9 milyon sərnişin daşıyıblar.
Latviya Respublikası 1929-cu ildə istehsalı müharibədən əvvəlki səviyyəyə çatan qida məhsulları ixrac edib: kərə yağı, pendir, bekon, qənnadı məmulatları. Ağac Böyük Britaniyaya ixrac olunurdu; bu ixrac sənayesinin inkişafı Latviya Respublikası ilə SSRİ arasında ticarət müqaviləsinin bağlanması ilə asanlaşdırıb.
Rusiya imperiyasının əsas limanlarından biri 30 noyabr 1940-cı ildə Latviya SSR Ali Sovetinin Fərmanı ilə dövlət və milliləşdirilmiş çay və dəniz təsərrüfatı Dəniz Donanması Xalq Komissarlığının balansına verilib və həmin Komissarlıq Latviya Dövlət Gəmiçilik Şirkətini qurub.
Riqanın geri çəkilmə zamanı körpüləri, anbarları, kranları, dəmir yollarını, qoruyucu bəndləri partladan və yedək gəmilərini batıran nasist işğalçılarından azad edilməsindən sonra yerli işçilərin və hərbi əsirlərin köməyi ilə limanın bərpasına başlanıb. Bəzi lövbər salma məntəqələri Dauqava çayının mənsəbinə yaxınlaşdırılıb və keçmiş Gömrük Sahil liman ərazisindən çıxarılaraq şəhərin nəqliyyat şəbəkəsinin bir hissəsinə çevrilib.
Sovet hakimiyyəti illərində limanın yük dövriyyəsi 1946-cı ildə 0,397 milyon tondan 1980-ci illərdə 8 milyon tona qədər artırılıb.
1947-ci ildə Vecmilgrāvis Atlantijas küçəsində 2 km uzunluğunda körpüləri olan Riqa Dəniz Balıq Limanının tikintisinə başlanıb.
1955-1968-ci illərdə, ilk növbədə, 8 min tonluq soyuducunun və traulerlərdən soyuducu qatara yükləmə-boşaltma infrastrukturunun inşası ilə tikintinin birinci mərhələsi tamamlanıb.
1980-ci illərin ortalarında isə Loiman tikintisinin ikinci mərhələsi tamamlanıb. 1987-ci ildə liman 536,2 ton balıq, o cümlədən 245,2 min balıq məhsullarını emal edib.
Bu dövrdə Riqada ticarət limanı genişləndirilib, Riqa Dəniz Terminalı (1965) və Riqa Maye Qaz-ixrac Bazası tikilib.
1970-ci illərdə Riqa Limanı Avropada üfüqi yükləmə və boşaltma ilə işləyən ro-ro gəmilərini qəbul etməyə və idarə etməyə başlayan ilk Limanlardan biri olaraq, burda yükün 97%-i mexanikləşdirilmiş şəkildə daşınıb.
1980-ci illərin əvvəllərində Kundzinsala adasında tikilmiş konteyner terminalı istifadəyə verildiyi vaxt SSRİ-də ən böyük terminallardan biri olub. Bunun üçün 800 metr uzunluğunda körpülər, dəmir yolu körpüsü, açıq konteyner sahələri və anbarlar tikilmişdir.
1984-cü ildə Riqa liman elevatorunun böyük tutumlu gəmiləri qəbul etmək və taxılın avtomatlaşdırılmış rejimdə emalı üçün genişləndirilməsi başa çatdırılıb.
1980-ci illərin əvvəllərində Riqa Limanı Avropa, Afrika, Asiya və Latın Amerikasındakı otuzdan çox ölkə ilə müntəzəm gəmi-daşıma xətləri ilə birləşdirilib.
Müasir Riqa limanı Riqa Azad Limanının ən yüksək qərar qəbuletmə orqanı İdarə Heyətidir. Şura İqtisadiyyat, Maliyyə, Nəqliyyat və Ətraf Mühit və Regional İnkişaf nazirləri tərəfindən təyin olunmuş dörd üzvdən ibarətdir.
2000-ci illərin əvvəllərində Riqa Limanına daxil olan yüklər bütün Latviya limanlarının daxil olan yük dövriyyəsinin 70%-ni təşkil edib.
2012-ci ildə Riqa Azad Limanı şərqi Baltik limanları arasında ümumi yük dövriyyəsinə görə, Primorsk, Sankt-Peterburq və Ust-Luqadan sonra, 4-cü və konteyner yük dövriyyəsinə görə Sankt-Peterburq və Klaypedadan sonra, 3-cü yeri tutub.
2021-ci ildə Riqa Azad Limanında gəmiçilik kanalının dərinləşdirilməsi işləri başa çatıb və indi dəniz limanı nəhəng Aframaks gəmiləri (80 min tondan çox yükdaşıma qabiliyyətinə malik tankerlər) və BABYCAPE tipli (120 min tondan çox yükdaşıma qabiliyyətinə malik qurudaşıma gəmiləri) gəmilər üçün "daha cəlbedicidir".
Yük dövriyyəsi Год1905191219461960197019801985199020032004200520062007200820092010Грузооборот, млн. т2,314,010,3973,0994,3336,2278,45,99621,7023,9924,4325,3625,9329,5729,7230,48Год201120122013201420152016201720182019202020212022Грузооборот, млн. т34,0736,0535,4741,0840,0637,0733,6736,4332,7623,721,4923,5
İstinadlar
Kateqoriya:Baltik dənizinin limanları Kateqoriya:Əlifba sırasına görə limanlar Kateqoriya:Yoxlanılmamış tərcümə ehtiva edən səhifələr