Nəbi Qənieviç Qəniyev (; ) — Sovet və Özbəkistan aktyoru, rejissor və ssenaristi. Özbəkistan SSR-in əməkdar incəsənət xadimi (1944) rəssamı və rejissoru.

Həyatı Nəbi Qəniyev 5 sentyabr 1904-cü ildə Daşkənddə anadan olub. 1921—1924-cü illərdə Ali Rəssamlıq-Texniki Emalatxanalarında (VHUTEMAS) təhsil alıb. Təhsilini başa vurduqdan sonra Nəbi “Şərq Ulduzu” kinofabrikində (Özbəkfilm) işləyib. Kinofabrikdəki fəaliyyətinə məsləhətçi və rejissor assistentinin köməkçisi kimi başlayıb. Eyni zamanda “Sonuncu bəy” və “İkinci arvad” kimi filmlərdə epizodik rollarda çəkilib. 1925—1930-cu illərdə istedadlı özbək gənclərinin inkişafı və cəlb edilməsi üzrə kino-studiyanın direktoru işləyib. Onun üçün özbək dilində “Ssenari” və “Kinoaktyor” kitablarını yazıb. 1931-ci ildə özünün ilk bədii filmini – “İnkişaf” (“Подъем”) ekranlaşdırıb.

1935-ci ildə Qəniyev VKP(b) MK-nın qərarı ilə guya işlərinin etimad doğrultmadığı əsası ilə rejissorluq işindən kənarlaşdırılıb.

1949-cu ilin payızında Nəbi Qəniyev ağır xəstələnib və 1953-cü il oktyabrın 29-da vəfat edib. Daşkənddəki Çiğatay qəbiristanlığında dəfn olunub. Yaradıcılığı Nəbi Qəniyev təkcə yaradıcılıq deyil, həm də texniki və təşkilati xarakterli bir sıra çətinliklərin öhdəsindən gəlib. Əsas problemlərdən biri aktyorlarla bağlı idi. O dövrdə bu sahənin özbək peşəkarları yox idi. Nəbi ya personajın həyatını bilməyən gəlmə şəxslərlə, ya da əksəriyyəti heç kino görməmiş fabrik və zavod işçiləri ilə işləməli olurdu. O, Marqilanda tanınmış sovet özbək rejissoru və ssenaristi Əli İrqəşəviç Həmrayevin atası Ərgəş Həmrayevlə rastlaşmış, ona kinoda çəkilməyi təklif etmişdi. Sonradan o, rejissorun ilk üç filmində (“Yüksəliş”, “Ramazan”, “İyigit”) baş rolda oynamışdı. Qadın obrazlarının ifaçılarının axtarışı böyük çətinliklər törədirdi, çünki dinə görə insan obrazının yaradılması qadağan edilmişdi. Ruhaniyyət kino və kinorejissorlara qarşı çıxaraq onları din xaini hesab edirdi.

Müharibə illərində Nəbi Yakov Protazanovla görüşüb. Birgə işdən sonra Nəbi Qəniyev folklorla da maraqlanmağa başlayıb. Bir neçə il sonra o, “Nəsrəddinin sərgüzəştləri” kino-komediyasını yaradıb. Bu film Nəbi Qəniyevin diqqətini digər janra — komediyaya cəlb edib.

Müharibədən sonrakı illərdə o, həmin dövrdə özbək kinosunun ciddi çətinliklər yaşamasına baxmayaraq, həm tammetrajlı, həm də qısametrajlı filmlər üzərində yaradıcılıq marağı ilə çalışıb. Творчество Н. Ганиева

Ailəsi Həyat yoldaşı: Məxsuma. Övladları: Dörd övladı olub. Nəvəsi: Otabek Qaniyev (kino aktyoru). Nəticəsi: Reyhan (özbək müğənnisi).

Filmoqrafiya 1931 — «Yüksəliş» / Yuksalish 1932 — «Ramazan» / Ramazon 1934 — «İyigit» / Yigit 1943 — «Buxarada Nəsrəddin» / Nasriddin Buxoroda (ikinci rejissor kimi) 1945 — « Tahir və Zöhrə» / Tahir va Zuhra (və ya Nəbi Qaniyev) 1946 — «Nəsrəddinin sərgüzəştləri» / Nasriddin sarguzashtlari 1948 — «Fərqanə qızı» / Farg’ona qizi Fəxri adları və mükafatları Özbəkistan SSR əməkdar incəsənət xadimi (1944) "Buyuk xizmatlari uchun" ordeni (2001) — ölümündən sonra

İstinadlar

Xarici keçidlər

Nekrolog https://press.natlib.uz/ru/editions/77022

Kateqoriya:Çiğatay qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Film rejissorları Kateqoriya:Özbəkistan aktyorları Kateqoriya:Özbəkistan şəxsləri Kateqoriya:SSRİ kinorejissorları