thumb|Slavların əksər hissəsinin yaşadığı müasir Avropa dövlətlərinin əraziləri:
Şərqi slavyanlar — şərqi slavyan dillərində danışan slavyanların mədəni, linqvistik və etnotarixi icmasıdır. Onları slavyan dünyasının qalan hissəsindən fərqləndirən linqvistik və etnoqrafik xüsusiyyətlərə malikdirlər. Şərqi slavyanlar coğrafi deyil, etnotarixi bir anlayışdır. VII—VIII əsrlərin linqvistik məlumatlarına görə, Şərqi slavyan tarixinin, müstəqil Şərqi slavyan dilinin ümumslavyan (proto-slavyan) dilindən yaranmağa başladığı dövrdən başlandığına inanılır. Əksər alimlərin fikrincə, vahid bir millətdə birləşən Şərqi slavyan tayfaları Kiyev Rus əhalisinin əsas hissəsini təşkil edirdi. Şərqi slavyanların sonrakı siyasi təbəqələşməsi nəticəsində 17-ci əsrə qədər üç xalq (saylarının azalma sırası ilə) formalaşmışdır: rus, ukraynalı və belarus. Rusinlər bəzən dördüncü Şərqi slavyan etnik qrupu hesab olunurlar.The Columbia Encyclopedia: Transcarpathian Region The Columbia Encyclopedia: Ruthenia Encyclopedia of Russian History: Carpatho-RusynsEncyclopedia of Rusyn history and culture: Carpatho-Rusyns Bəzi erkən tədqiqatçılar tərəfindən də "rus slavyanları" terminini istifadə edilmişdir.Платонов, С. Ф. Полный курс лекций по русской истории — Пг., 1917.Нидерле, Любор. Славянские древности . Москва, 2000
Etnogenez Slavların ilkin vətəni məsələsi mübahisəli olaraq qalır. Ehtimal ki, Böyük köçdən əvvəl slavyanlar Pşevorsk mədəniyyətinin bir hissəsi idilər. Qərbdə slavyanlar german və kelt qəbilə dünyası, şərqdə Baltik və Finno-Uqor qəbilə dünyası, cənubda və cənub-şərqdə isə sarmatlar ilə həmsərhəd idilər. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu dövrdə davamlı Balto-Slavyan kontinuumu hələ də mövcud idi, yəni bu xalqlar hələ tamamilə ayrılmamışdılar. Eyni zamanda, Smolensk Dnepr bölgəsində kriviçi ekspansiyası zamanı əvvəllər bu bölgədə mövcud olan və arxeoloqların etnik mənsubiyyəti barədə fikir ayrılığı olan Tuşemla mədəniyyəti sırf slavyan arxeoloji mədəniyyəti ilə əvəz olundu və Tuşemla yaşayış məntəqələri məhv edildi, çünki slavyanlar bu dövrdə hələ şəhərlərdə yaşamırdılar.
Birinci minillikdə slavyanlar Böyük Köç dövründə Şərqi Avropa düzənliyindən keçən digər etnik qruplarla təmasda oldular. I–IX əsrlər arasında Şimali Qara dəniz sahillərinin çöllərini (“Vəhşi çöl”) sarmatlar, qotlar, köçəri hunlar, alanlar, avarlar, bulqarlar və madyarlar qərb istiqamətində keçərək qət etmişlər.
Əslində, slavyanların genişlənməsi dövründə, VII və VIII əsrlərdə Şərqi Avropada hələ slavyanlar tərəfindən məskunlaşmayan bir çox istehkam yaşayış məntəqələri meydana gəldi. Tuşemla mədəniyyəti həmçinin daimi əhalisi olmayan və yalnız hücumdan qorunmaq üçün sığınacaq, qala kimi xidmət edən bir sığınacaq yaşayış məntəqəsi növü yaratdı. Fin-uqor Merya və Ves tayfalarının şəhərləri olan Rostov və Beloozero onlar üçün siyasi mərkəzlər, başçıların iqamətgahı və xalq qoşununun toplanış yeri kimi xidmət edirdi. Staraya Ladoqa, görünür, skandinavların möhkəmləndirilmiş dayaq məntəqəsi kimi meydana çıxmış və elə başlanğıcdan qala olmuşdur. Staraya Ladoqa, Novqorod və Beloozero varyaqların dəvət olunması dövründə Rürik və onun drujinası üçün əsas dayaq məntəqələri idi.
Şərqi Slavyan tayfaları thumb|300px|Slavyan tayfaları, VII—IX əsrlər Ağ xorvatlar — San çayı ətrafında, Pirzamisil şəhəri və onun yaxınlığı. Bujanlar və ya duleblər (X əsrdən — volınlılar) — Qərbi Buq çayının yuxarı axınının hövzəsi. Vyatiçlər — Oka çayının yuxarı və orta axını, həmçinin onun qolları. Drevlyanlar — Ukrayna Polesyesi, əsasən Jitomir və Kiyev vilayətinin qərb hissəsi. Dreqoviçlər — indiki Belarusun Qomel, Brest və Minsk vilayətləri ərazisi. İlmen slovenləri — İlmen gölünün hövzəsi və Moloqa çayının yuxarı axını. Kriviçlər — indiki Vitebsk, Mogilyov, Pskov, Tver və Smolensk vilayətləri, həmçinin Latviyanın şərq hissəsi. Polyane — Dnepr çayının orta axını, əsasən çayın sağ sahili. Radimiçlər — yuxarı Dnepr və Desna çayları arasındakı ərazi, Soj çayı və onun qolları boyunca. Severyanlar — indiki Ukraynanın Çerniqov və Sumı vilayətləri, həmçinin Rusiyanın Kursk və Belqorod vilayətləri. Tivertsilər — Dnestr və Prut çayları arasındakı ərazi, həmçinin Dunay ətrafı; o cümlədən müasir Moldova və Ukrayna ərazisində, Qara dənizin Budjak sahilləri. Uliçlər — Dneprin aşağı axını, Cənubi Buq çayı boyunca torpaqlar və Qara dəniz sahilləri.
İstinadlar
Kateqoriya:Slavyanlar