Meklenburq-Şverinli Qustav Vilhelm (; ) — ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin oğlu.

31 yanvar 1781-ci ildə Ludviqslustda dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransisk, anası isə Saksen-Qota-Altenburq hersoqu II Fridrixin nəvəsi Şahzadə Luizadır. Atasının 1785-ci ildə taxta çıxmasının ardından taxt sıralamsında ikinci yeri tutdu. Napoleon müharibələri dövründə Meklenburq-Şverin mülkü fransızlar tərəfindən işğal edildi və digər ailə üzvləriylə birlikdə 22 dekabr 1806-cı ildə sürgün edildi. Cəmi 1 il davam edən bu sürgün boyunca Holşteyndə qaldılar.

İsveç və Prussiya ordularında hərbi xidmət etdi. 1813-cü ildə Meklenburq-Şverinə döndü və atasının əmrindəki orduda xidmət etməyə başladı. Həmin ilin sonlarında döyüşdə yaralandı və iki barmağını itirdi. Danlar tərəfindən əsir alınsa da, bir neçə saat sonra əsirlərin dəyişdirilməsiylə azadlığa buraxıldı. Bir müddət İtaliyada qaldıqdan sonra 1827-ci ildə vətənə qayıtdı.

1830-1832-ci illərdə öz adını daşıyan Villa Qustava villasını inşa etdirdi. bacarıqlı bir musiqiçi idi və Ludviqslust sarayındakı konsertlərdə ifaçı kimi iştirak edirdi. Maqdeburq kafedralı ruhani heyətinin üzvü idi və bu səbəblə heç vaxt evlənmədi. Dövrün bəzi yazarları onun homoseksual olduğunu yazsa da, bununla bağlı heç bir sübut yoxdur.

1837-ci ildə atasının vəfatından sonra mərhum böyük qardaşı vəliəhd-şahzadə Fridrix Lüdovikin oğlu Pavel Fridrix taxta çıxdı. Əmisi olaraq onun ən yaxın yol göstərəni oldu. Onun 1842-ci ildə vəfatından sonra qardaşı nəvəsi II Fridrix Fransisk taxta çıxdı. 1848-ci ildə Britaniya kraliçası Viktoriyanın qızı Luizanın vəftiz atası oldu.

Uzun müddətdir ki, əziyyət çəkdiyi xəstəliyin ardından 10 yanvar 1851-ci ildə Ludviqslustda vəfat etdi. Ölümü səbəbilə, qardaşı nəvəsi II Fridrix Fransisk milli yas elan etdi.

Mənbə

Ədəbiyyat

Heinrich Francke: Mecklenburgs Noth und Kampf vor und in dem Befreiungskriege: zur Feier des funfzigjährigen Regierungsjubiläi Sr. Königlichen Hoheit des Allerdurchlauchtigsten Grossherzogs Friedrich Franz des Ersten von Mecklenburg-Schwerin, nach Handschriften und gedruckten Urkunden dargestellt. Wismar: Schmidt & v. Cossel 1835 Johann Heinrich Friedrich Berlien: Der Elephanten-Orden und seine Ritter. Kopenhagen: Selbstverlag 1846, S. 178

Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almanlar