81 mm-lik minaatan - orta çəkili taborun təsir cəbhəsi boyunca yüngül piyada, hava hücumu və hava-desant bölmələrinin uzun mənzilli dolayı atəş dəstəyi üçün istifadə olunan hamar lüləli, ağızdan doldurulan, yüksək atəş bucaqlı minaatan növü.
Aşağıda sadalanan ölkələrin silahlı qüvvələri 81 mm-lik minaatandan istifadə edir və ya istifadə edib:
Kanada - L16 81 mm minaatan; Finlandiya – 81 KRH 71 Y; Fransa – Brandt Mle 27/31; Almaniya – Granatwerfer 34; Yunanıstan – E44-E 81 mm Minaatan; İtaliya – Mortaio da 81/14 Modello 35; Hindistan – Tam Avadanlıq Siyahısı qeyd edilin əşyaları ilə birlikdə 81 mm-lik Minaatan E1 (qeyd: bu Siyahı ("Complete Equipment Schedule") 81 mm-lik Minaatan E1-in düzgün işləməsi, saxlanılması və istismarı üçün tələb olunan əsas aksesuarlar, alətlər və köməkçi avadanlıqları nəzərdə tutur); Myanma – BA-90 və MA-8; Birləşmiş Krallıq – L16 81 mm-lik minaatan; Amerika Birləşmiş Ştatları – M252 minaatanı; Türkiyə – MKE 81mm UT1 & MKE 81mm NT1.
Varşava Müqaviləsi ölkələri və Çin eyni məqsəd üçün oxşar 82 mm kalibrdən istifadə edirlər.
İstinadlar
Kateqoriya:Minaatanlar