Böyük Dövlət Xuralı () — Monqolustanın birpalatalı parlamenti. Parlament paytaxt Ulan-Batordakı Hökumət Sarayında yerləşir. Böyük Dövlət Xuralına seçkilər hər 4 ildən bir keçirilir.Böyük Dövlət Xuralı hazırda 126 yerdən ibarətdir ki, bunlardan 78-i çoxmandatlı seçki dairələrində çoxsaylı səsvermə yolu ilə, digər 48-i isə qapalı siyahı üzrə proporsional səsvermə yolu ilə seçilir. 2023-cü il konstitusiya dəyişikliyindən əvvəl Böyük Dövlət Xuralı 76 yerdən ibarət idi və hamısı çoxluq blok səsverməsi ilə seçilirdi.
1992-ci ilə qəbul edilən Konstitusiyaya əsasən əvvəlki iki palatalı Böyük Xalq Xuralı və Kiçik Dövlət Xuralı ləğv edildi, birpalatalı parlament yaradıldı.
İstinadlar