VII Alfonso () və ya İmperator Alfonso (; ) — Kastiliya, Qalisiya və Leon kralı.

Həyatı

İlk illəri 1105-ci ildə Qalisiyanın Pontevedra vilayətində dünyaya gəldi. Atası Burqundiya qrafı I Vilyamın oğlu Raymond, anası isə Kastiliya, Qalisiya və Leon kralı VI Alfonsonun qızı Şahzadə Urrakadır. Doğulduğu əsnada babası hələ taxtda idi. Hələ 2 yaşında ikən atası vəfat etdi. Ertəsi il isə vəliəhd-şahzadə olan dayısı Sanço Alfonses vəfat etdi və anası Şahzadə Urraka taxt varisi oldu. Bu tarixdən etibarən gələcəyin kralı olacağı güman edildi və mükəmməl saray təlim-tərbiyəsi almağa başladı.

Babasının səltənətinin son aylarında anası Araqon və Pamplona kralı I Alfonsoyla evləndirildi. Ancaq ögey atasıyla münasibətləri yaxşı deyildi. Babasının ölümü və anasının taxta çıxmasından sonra bu münasibətlər daha da kəskinləşdi. Belə ki, ögey atası xanımının vəfatından sonra onun sahib olduğu Kastiliya, Qalisiya və Leon taxt-taclarını mənimsəmək istəyirdi. Ancaq yerli əsilzadələr və əhali kraliçanın vəfatından sonra yeganə oğlu Alfonsonun taxta çıxmasını dəstəkləyirdi. Siyasi mübarizəni aradan qaldırmaq və oğlunun təhlükəsizliyi üçün Kraliça Urraka 1111-ci ildə Qalisiya taxt-tacından oğlunun lehinə əl çəkdi və 6 yaşlı oğlunu Qalisiya kralı ünvanıyla paytaxt Santiaqo-de-Kompostelaya göndərməyə məcbur oldu. Ancaq bu hadisə siyasi mübarizəni daha da qızışdırdı və nəticədə 1112-cü ildə anası boşanaraq təkbaşına hakimiyyətini davam etdirdi. Ancaq bu boşanma sadəcə formal xarakterli idi və I Alfonso ölümünədək (1134) ögey oğlunun hakimiyyətini tanımayaraq Bütün İspaniyanın imperatoru (Imperator totius Hispaniae) ünvanını daşımağa davam etdi.

Taxta çıxışı 1126-cı ildə anasının vəfatının ardından Leona çağırılaraq Kastiliya və Leon kralı kimi taxta çıxdı. İlk iş olaraq ögey atasıyla müzakirələr başladı və 1127-ci ildə bağlanan Tamara sazişiylə öz suverenliyini elan etdi. 26 may 1135-ci ildə Leon kafedralında keçirilən mərasimlə özünü Bütün İspaniyanın imperatoru (Imperator totius Hispaniae) elan etdi. Məqsəd isə yarımadadakı müsəlmanlara qarşı aparılan rekonkista əməliyyatına liderlik etmək idi.

Ancaq ögey xalası Leonlu Terezanın oğlu Afonso 1147-ci ildə səlibçilərin yardımıyla, Santaren və Lissabon şəhərlərini fəth etdi. 1141-ci ilin yayında Leon krallığı üzərində parlaq qələbə qazandı və beləcə, Portuqaliya krallığının müstəqilliyi tanındı.

Qatı katolik olan VII Alfonso 1138-ci ildən etibarən mavrlara qarşı qəddar siyasət yürütməyə başladı. Döyüş meydanında qazandığı ard-arda qələbələrin ardından Roma papası III Yevgenin dəvətiylə 1147-ci ildə səlib yürüşünə qatıldı.

1157-ci ildə hərbi səfərdən qayıtdığı əsnada vəfat etdi. Cənazəsi Toledo kafedralına dəfn olundu.

Ailəsi İlk evliliyi 10/17 noyabr 1128-ci ildə Barselona qrafı III Ramon Berenquerin qızı Berenqariya ilə baş tutdu. Cütlüyün bu nigahdan 7 övladı doğulsa da, bunlardan çü yetkinlik yaşına çatmadan öldü.

Ramon III Sanço (1134-1158) II Ferdinand (1137-1188) Konstansa (1136-1160) Sança (1139-1177) Qarsiya (1142-1145) Alfonso (1144-1149)

Xanımının vəfatının ardından 1152-ci ildə Polşa hersoqu II Vladislavın qızı Riheza ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Ferdinand (1153-1157) Sança (1155-1208)

Bundan başqa kralın 2 məşuqəsi və onlardan doğulan övladları vardı. Bunlardan biri Avstriyalı maqnat Pedro Dias de Vallenin qızı Qontrodo Perezdir. Bu xanımdan bir qızı vardı.

Urraka (1133-1179)

Digər məşuqəsi isə zadəgan Rodriqo Martinesin dul xanımı Urraka Fernandes idi. Bu xanımdan bir qızı vardı.

Stefaniya Alfonso (1148-1180)

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Ədəbiyyat hamiləri Kateqoriya:Kastiliya infantları